San Dieqo (ing. San Diego) — ABŞ-nin Kaliforniya ştatında ikinci ən böyük şəhər və San Dieqo Dairəsinin mərkəzi. Sakit Okeanın sahilində yerləşir. 2009-cu ilin yanvar ayında əhali sayı 1,353,993[5] nəfərə çatmışdır. ABŞ-nin məşhur "Forbes" jurnalına görə, San-Dieqo ABŞ-nin 5-ci ən varlı şəhəri sayılır.[6] Bundan başqa, San-Dieqo əhalisinin sayına görə ABŞ-də 5-ci, bütün dünyada isə 33-cü ən böyük şəhərdir. San-Dieqonun iqtisadiyyatında əsas yeri tutan sahələr istehsalat, müdafiə sənayesi, turizm və kənd təsərrüfatıdır. Şəhərdə çoxlu sayda elmi mərkəzlər, biotexnologiya, elektronika istehsalı, gəmi istehsalı, simsiz rabitəyə aid müəssisələr vardır.
- ↑ 1 2 Thomson Reuters Open Perm ID. Thomson Reuters.
- ↑ United States. Bureau of the Census 2016 U.S. Gazetteer Files (ing.). Washington, D.C.: U.S. Census Bureau, 2016.
- ↑ https://data.census.gov/cedsci/table?q=United%20States&tid=DECENNIALPL2020.P1.
- ↑ 2020 United States Census. / red. ABŞ əhalinin siyahıya alınması bürosu
- ↑ California Department of Finance. Population Estimates for Cities, Counties and the State with Annual Percent Change — January 1, 2008 and 2009 Arxivləşdirilib may 3, 2009, at the Wayback Machine, may 2009
- ↑ Clemence, Sara. Richest Cities In The U. S. Arxivləşdirilib 2013-04-26 at Archive.today, Forbes, 28 oktyabr 2005.