Sankt-Peterburq metrosunda terror (rus.Теракт в Петербургском метрополитене) — RusiyanınSankt-Peterburq şəhər metrosununTexnoloqiçeskiy institut və Sennaya ploşşad stansiyaları arasında, qatarda təşkil edilmiş terror hücumu. İlk məlumatlarda doqquz nəfərin həlak olduğu, iki nəfərin isə yaralandığı bildirilmişdir.[5][6][7][8] Hadisədə ən azı 45 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.[9][10][11] Partlayıcının sənədlərin daşınması üçün istifadə olunan çantada aşkarlandığı bildirilir.[9] Hadisədən dərhal sonra ikinci bir partlayıcı çantası aşkarlanaraq terror hücumunun törədilməsinin qarşısı alınmışdır.[7] İnterfaks xəbər agentliyinin yaydığı məlumatda terror hücumunun terrorçu-kamikadze tərəfindən törədildiyi bildirilir.[12] Hadisənin törədilməsində əsas şübhələr Mərkəzi Asiyadan idarə olunan islam-radikalizmi göstərilməkdədir.[13]