Sarkel | |
---|---|
![]() | |
47°42′18″ şm. e. 42°16′23″ ş. u.HGYO | |
Yer | Rusiya |
Region | Rostov vilayəti |
Tip | İstehkam |
Tarix | |
İnşaatçı | Xəzərlər, Bizans imperiyası |
Əsası qoyulub | 830-cu illər |
Mədəniyyətlər | Xəzər |
Yer qeydləri | |
Qazıntı zamanı | 1930-cu illər |
Arxeoloqlar | Mixail Artamonov |
Vəziyyəti | Simlyansk su anbarı səbəbilə su altında qalmışdır. |
|
|
![]() |
Sarkel (və ya Şarkil, Xəzər dilində "ağ ev")[1] ― müasir Rusiyanın Rostov vilayətində, Don çayının sol sahilində mövcud olmuş qala. Qala 830-840-cı illərdə Bizansın köməyi ilə Xəzərlər tərəfindən tikilmişdir.[2] İnşasında istifadə olunan ağ əhəngdaşı səbəbilə qala Sarkel, yəni "ağ ev" adlandırılmışdır.
Sarkel Don çayının sol sahilindəki təpədə yerləşirdi. Hal-hazırda həmin ərazi Simlyansk su anbarının inşasından sonra su altında qalmışdır.