Savanna | |||
---|---|---|---|
Savannah | |||
![]() | |||
|
|||
32°03′03″ şm. e. 81°06′14″ q. u.HGYO | |||
Ölkə | |||
Tarixi və coğrafiyası | |||
Əsası qoyulub | 1733 | ||
Sahəsi |
|
||
Mərkəzin hündürlüyü | 15 m | ||
Saat qurşağı | |||
Əhalisi | |||
Əhalisi |
|
||
Rəqəmsal identifikatorlar | |||
Telefon kodu | +1 912 | ||
Poçt indeksi | 31401–31499 | ||
Digər | |||
savannahga.gov | |||
![]() |
Savanna — ABŞ-nin Corciya ştatının cənub-şərq hissəsində yerləşən Çatem qraflığının mərkəzi şəhəridir.
Şəhər 1733-cü ildə Ceyms Oqlethorp tərəfindən salınmış və yaxınlıqdakı çayın şərəfinə adlandırılmışdır. 1744-cü ildə isə şəhərdə liman qurğuları inşa edilmişdir. Ətraf ərazilərdəki tütün və pambıq plantasiyalarının böyüməsi və nəqliyyat sisteminin inkişafı ilə əlaqədar olaraq şəhərin liman kimi əhəmiyyəti artmışdır. Atlantik okeanını keçməyi bacarmış birinci paroxod hesab olunan "Savanna" 1819-cu ildə buradan Liverpula doğru yola düşmüşdür. ABŞ vətəndaş müharibəsi zamanı Konfederasiya qüvvələrinin təchizat məntəqələrindən biri olmuş bu şəhər yalnız 25 dekabr 1864-cü ildə ələ keçirilmişdir. 1876-cı ildə baş vermiş sarı qızdırma epidemiyasına baxmayaraq, şəhər vətəndaş müharibəsindən sonra qısa bir müddət ərzində əvvəlki gücünü bərpa etmiş və XX əsrdə sənaye və dənizçilik mərkəzi kimi inkişaf etmişdir.
Müasir dövrdə ABŞ-nin cənub-şərq hissəsində istehsal olunan mallar üçün əsas liman hesab olunur. Şəhərin sənaye sahələrinə gəmiqayırma və kağız istehsalı, qida, kimyəvi maddələr və nəqliyyat avadanlıqlarının istehsalı daxildir.
Şəhərin əsas ali təhsil müəssisələri 1891-ci ildə yaradılmış Savanna Dövlət Kolleci və 1935-ci ildə yaradılmış Armstronq Dövlət Kollecidir. Savanna Milli Vəhşi Təbiət Qoruğu çayın 16 km yuxarısında yerləşir.