Savant sindromu

Savant sindromu — Çox nadir hallarda rast gəlinən bir psixi pozuntudur. Xəstəliyin əlaməti ümumi inkişafdan geri qalmış insanların “dahilik adasına” (bir və ya bir neçə bilik sahələrində mükəmməl qabiliyyətin ümumi şəxsiyyət məhdudluğu ilə ziddiyyət təşkil etməsi) malik olmasıdır.[1] Bu sindrom həm genetik, həm də sonradan qazanılmış ola bilər. Savant sindromlu şəxslər çətinliklə oxuya, yazı yazarkən bir səhifədə yüzlərcə səhv buraxa bilərlər, amma bununla yanaşı, beyinlərində asanlıqla altırəqəmli ədədləri bir-birinə vura bilərlər və yaxud 23 may 3027–ci ilin həftənin hansı günü olduğu çox rahatlıqla deyə bilərlər.

  1. Miller LK. "The savant syndrome: intellectual impairment and exceptional skill". Psychological Bulletin. 125 (1). January 1999: 31–46. doi:10.1037/0033-2909.125.1.31. PMID 9990844.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne