Sayqo Takamori | |
---|---|
yap. 西郷 隆盛 | |
![]() Edoardo Çiozzone tərəfindən çəkilmiş portreti (1877-ci ildən öncəsinə aiddir). | |
Şəxsi məlumatlar | |
Ləqəbi | 西郷三助, 菊池源吾, 善兵衛 |
Doğum adı | 隆永 |
Doğum tarixi | |
Doğum yeri | Kaqoşima, Satsuma hanı |
Vəfat tarixi | (49 yaşında) |
Vəfat yeri | Kaqoşima, Yaponiya İmperiyası |
Vəfat səbəbi | naməlum |
Vətəndaşlığı | |
Uşaqları | 3 oğul, 1 qız |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Satsuma xanlığı |
Qoşun növü | Yaponiya İmperator ordusu |
Xidmət illəri | 1872–1873 |
Döyüşlər | Toba-Fuşumi döyüşü, Kumamoto qəsri döyüşü, Tabaruzaka döyüşü, Şiroyama döyüşü |
![]() |
Sayqo Takamori (西郷 隆盛?, d. 23 yanvar 1828 - ö. 24 sentyabr 1877) – Yaponiya tarixində ən əhəmiyyətli samuraylardan biri. Meyci islahatının keçirilməsində rol oynamış 3 əsas şəxsiyyətdən biridir. Edo dövrünün sonunda və Meyci dövrünün əvvəlində yaşamış Takamori çox vaxt "əsl sonuncu samuray" adlandırılır.[1] Doğum adı Sayqo Kokuçidir (西郷 小吉?), Takamori soyadını yetkin yaşlarında almışdır. Sayqo Nanşu (西郷 南洲?) təxəllüsü ilə ədəbiyyatla da məşğul olmuşdur.[2] Balaca qardaşı Sayqo Cudo qensuy hərbi rütbəsinə malik idi.
Sayqo ən çox 1877-ci ildə Meyci islahatı nəticəsində samuraylara qarşı qoyulan məhdudiyyətlərə qarşı çıxmaq üçün başlatdığı Satsuma üsyanına görə tanınır. Onun üsyanı daha müasir silahlara malik olan hökumət ordusu tərəfindən asanlıqla yatırılmışdır və Sayqo üsyanın son döyüşündə ölmüşdür. Yaponiyada onun şərəfinə bir neçə heykəl qoyulmuşdur.