"Scream/Childhood" | ||||
---|---|---|---|---|
Maykl Cekson tərəfindən HIStory: Past, Present and Future, Book I albomunda ifa olunmuş sinql | ||||
Yayımlanma tarixi | 31 may 1995 | |||
Format | sinql | |||
Janr | R&B, Pop, electrorock (Scream), Operatic pop, Adult contemporary (Childhood) | |||
Dil | ingilis dili | |||
Müddət | 04:39 (Scream), 04:27 (Childhood) | |||
Prodüser | Jimmy Jam & Terry Lewis, Maykl Cekson, Cenet Cekson (Scream), Maykl Cekson, David Foster (Childhood) | |||
Bəstəkar | Maykl Cekson və Cenet Cekson (Scream), Maykl Cekson (Childhood) | |||
Sözlərin müəllifi | James Harris III & Terry Lewis (Scream), Maykl Cekson (Childhood) | |||
Leybl | Epic Records | |||
Studiya | Epic Records | |||
Maykl Cekson sinqllarının xronologiyası | ||||
|
||||
Audio nümunəsi | ||||
|
||||
|
Scream/Childhood — Maykl Ceksonun doqquzuncu studio albomu HIStory: Past, Present and Future, Book I albomundan olan cüt sinql. Scream mahnısı aıbomda birinci, Childhood mahnısı isə HIStory Continues adlı ikinci diskdə onuncu mahnıdır. Scream Canet Ceksonla duet, Childhood isə solo parçadır. Sinql 31 may 1995-ci ildə satışa çıxarılmışdır.
Scream ilk növbədə Maykl Ceksona qarşı uşaq cinsi istismarı ilə bağlı dövrü mətbuatda yer alan əsassız informasiyalara qarşı cavab mahnısı kimi nəzərdə tutulmuşdu. Mahnının sözləri və musiqisi Cimmi Cəm və Terri Luis tərəfindən yazılmış, Maykl isə mahnıda vokal ifayla yanaşı, çoxlu musiqi alətində də ifa etmişdir. Mahnıda pop, electrorock, new jack swing, dance-pop, və funk musiqi elementlərindən istifadə edilib. Epic Recordsun rəsmən satışa çıxarılmasına kimi ciddi cəhdlə mahnın qorumasına baxmayaraq, mahnı satışa çıxarılmadan əvvəl radiolara sızmış və səsləndirilmişdir.
Ümumiyyətlə mahnı tənqidçilər arasında müsbət qarşılanmış, bu isə Grammy Award və American Music Awarda namizəd kimi irəli sürülməsinə təkan vermişdir. Mahnıya çəkilmiş videoklip MTV Video Music Awards və Grammy mükafatlarını qazanmasına baxmayaraq, hələ də Ceksonun ən çox tənqid edilən klipi olaraq qalmaqdadır. Çəkilişləri yeddi milyon dollara başa gələn klip, ən bahalı klip kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür. scream mahnısının klipindəki görüntülər, sonradan bir neçə müasir musiqiçilərin kliplərində təkrar edilmişdir.
Childhood Maykl Ceksonun özü tərəfindən yazılmış, avtobioqrafik xarakterli mahnıdır. Mahnının mövzusu müğənninin çətin uşaqlıq həyatı və əldə etdiyi həyat təcrübələrindən götürülmüşdür. Mahnı Free Willy 2: The Adventure Home filminin əsas film musiqisi kimi istifadə edilmişdir. Mahnı sonradan Ceksonun tamamlayıcı albomlarına da daxil edilmişdir. Bununla belə mahnı musiqi tənqidçiləri arasında heç də eyni cür qarşılanmamış və qarışıq fikirlər doğurmuşdur. Mahnıya çəkilmiş klip isə Ceksonun digər klipləri ilə müqayisədə çox zəif olmasına baxmayaraq, xeyli təriflənmişdir.
"Scream"/"Childhood" Ceksonun otuz yeddi ildən sonra Billboard Hot 100-də ilk beşliyə daxil olan ilk sinqlı olmuşdur. Bütün dünyada hitə çevrilən sinql, musiqi bazarlarında satış miqdarına görə ilk beşliyə daxil ola bilmişdir.