Sergey Prokudin Qorski | |
---|---|
rus. Серге́й Миха́йлович Проку́дин-Го́рский | |
Doğum tarixi | |
Doğum yeri | Vladimir quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | Paris, Fransa |
Milliyyəti | rus |
Təhsili |
|
Fəaliyyəti | fotoqraf, kimyaçı, ixtiraçı, naşir, pedaqoq, müəllim, səyyah |
prokudin-gorsky.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Sergey Prokudin Qorski (rus. Серге́й Миха́йлович Проку́дин-Го́рский; 18 (30) avqust 1863 – 27 sentyabr 1944[1], Paris) — fotoqrafiya sənətinin ən önəmli simalarından biri hesab olunur. Prokudin Qorski 1863-cü ilin 30 avqust tarixində Rusiya imperiyasının Vladimir quberniyasında dünyaya gəlmişdir. Gənclik illərində kimya sahəsində təhsil almağa başlamış və elə bu dövrlərdə də fotoqrafiya sənəti ilə məşğul olmuşdur. Sankt-Peterburq, Berlin və Paris kimi şəhərlərdə məşhur elm adamları ilə birlikdə fəaliyyət göstərən Prokudin Qorski rəngli fotoqrafiyanın ilkin texniki xüsusiyyətlərini yatarmışdır.[2]