Seylor Merkuri | |
---|---|
"Seylor Mun" personajı | |
![]() | |
Seylor Merkuri "Sailor Moon Crystal" animesindən. | |
İlk görünüş | "Seylor Mun" #2: "Ami — Seylor Merkuri" (1992) |
Yaradan | Naoko Takeuçi |
Profil | |
Əsl adı | Ami Mizuno |
İrqi | insan |
Cinsi | qadın |
Milliyyəti | yapon |
Doğum tarixi | 10 sentyabr (Qız) |
Yaşı | 14-16 |
Üzvlüklər | Seylor döyüşçüləri, Kölgə Qalaktika, Qaranlıq Krallıq |
Gücləri | suyun bütün aqreqat hallarını idarə etmək, manipulyasiya etmək, super zəka |
Seylor Merkuri (セーラーマーキュリー, Sērā Mākyurī?) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" animanqasında personaj. Əsl adı Ami Mizuno (水野 亜美, Mizuno Ami?) olan Seylor Merkuri gənc yapon tələbə qızdır. Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür.
14-16 yaşlarındadır. 10 sentyabrda anadan olmuşdur. Boyu 158 santimetrdir.
Seylor Merkuri Seylor Mun tərəfindən tapılmış ilk Seylor döyüşçüsüdür, komandanın beynidir.[1] Əsas gücü suyun bütün aqreqat hallarını idarə etmək, onu manipulyasiya etməkdir. Həmçinin IQ səviyyəsi 300 olduğundan çox güclü intellektə malikdir, hər cür texnologiyadan başı çıxır.
"Seylor Mun" manqasından başqa Seylor Merkuri qısa müddət xüsusi olaraq hazırlanmış "Aminin ilk məhəbbəti" manqasından yer almışdır.