"Shunkan Sentimental" | ||||
---|---|---|---|---|
![]() | ||||
Scandal tərəfindən Temptation Box albomunda ifa olunmuş sinql | ||||
Yayımlanma tarixi |
![]() |
|||
Format | Sinql | |||
Janr | J-pop, hard rok | |||
Dil | yapon dili | |||
Müddət |
15:51 (daimi) 17:22 (məhdud) |
|||
Sözlərin müəllifi | Scandal, Natsumi Kobayaşi, Yuiti Tadzika | |||
Studiya | Epic Records Japan | |||
Scandal sinqllarının xronologiyası | ||||
|
"Shunkan Sentimental" (瞬間センチメンタル, Shunkan senchimentaru?, azərb. "Duyğulu anlar") — Yaponiya pop-rok musiqi qrupu "Scandal"ın 5-ci əsas (ümumilikdə 8-ci) sinqlı. Mahnıdan 2010-cu ildə "Fullmetal Alchemist: Brotherhood" animesininin 39-50-ci seriyalarında dördüncü bağlanış mahnısı kimi istifadə olunmuşdur.[1] Sinqlın iki versiyası mövcuddur: məhdud versiyası və daimi versiyası. İkinci B tərəfi olan "Yumemiru Koro wo Sugitemo" (Hillbilli Bopsun eyni adlı mahnısının qapağı) əvvəki sinql olan "Yumemiru Tsubasa" mahnısının cavab mahnısıdır. Mahnı Oricon həftəlik çartında 7-ci yerə çatmışdır və bu çartda 13 həftə qala bilmişdir. Bu müddət ərzində mahnının 32.624 nüsxəsi satılmışdır.[1] 2010-cu ilin aprelinə qədər mahnının 100.000-dən çox nüsxəsi satıldığına görə YSSB tərəfindən qızıl sertifikasiya almışdır.[2]