Siciliya tarixi

Siciliya tarix boyu başqa millətlər tərəfindən ələ keçirilmişdir — qədim romalılar,vandallar,bizanslılar,normanlar,hohenştaufen sülaləsi,ispanlar. Buna baxmayaraq Siciliyanın müstəqil olan dövrləridə olmuşdur - Böyük Yunanıstan, Siciliya əmirliyiSiciliya krallığı. Hal-hazırda Siciliya İtaliyanın tərkib hissəsindədir.

Siciliya həm müasir İtaliyanın ən böyük sahəsi, həm də Aralıq dənizinin ən böyük adasıdır. Əlverişli coğrafi mövqeyi və təbii qaynaqları sayəsində, Sicilya qədim dövrlərdən bəri Aralıq dənizi ticarətində əsas rol oynayan ən mühüm strateji sahə sayılır, məsələn, qədim yunanlar bu bölgəni çox yüksək qiymətləndirdi və Siseron Sirukazı şəhərini qədim Yunanıstanın ən böyük və gözəl şəhəri kimi təsvir etdi.[1][2]

  1. "Sicily". KeyItaly.com. 20 November 2007. 13 April 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 January 2019.
  2. "Sicilia's Urbs of Syracusa". AncientWorlds.net. 20 November 2007. 2007-10-21 tarixində arxivləşdirilib.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne