Siklop | |
---|---|
ing. Cyclops | |
![]() | |
Nəşriyyat |
![]() |
Yayım tarixi | "İks-adamlar" #1 (sentyabr, 1963) |
Yaradıcı(lar) |
Sten Li Ceyk Kyörbi |
Xüsusiyyətlər | |
Əsl adı | Skott Sammers |
Doğum yeri | |
Cinsiyyəti | kişi |
Boyu | 1,91 m |
Çəkisi | 88 kq |
Göz rəngi | qəhvəyi[d] |
Saç rəngi | qəhvəyi saç[d] |
Növü | mutant |
Vətəndaşlıq | |
Komiks bioqrafiyası | |
Kainat | 616 |
Üzvlükləri |
İks-adamlar İks-Güc İks-Faktor İks-Korporasiya Çempionlar Zümrüd Beşliyi |
Partnyorları | |
Ləqəbləri | Cyclops |
Gücləri |
|
Skott Sammers (ing. Scott Summers) və ya Siklop (ing. Cyclops) — Marvel Comics tərəfindən yaradılmış və əsasən İks-adamlarla bağlı olan uydurma super qəhrəman. Yazıçı Sten Li və rəssam Ceyk Kyörbi tərəfindən yaradılan personaj ilk dəfə 1963-cü ildə nəşr olunmuş "İks-adamlar" komiksinin 1-ci buraxılışında peyda olmuşdur.
Siklop qeyri-insani güclərlə dünyaya gələn xəyali mutantlardan biridir. O, gözlərindən güclü, yandırıcı enerji şüaları yayır. Xüsusi qoruyucu eynəkləri olmadan Siklop həmin şüaları idarə edə bilmir. O, mutantlar və insanların sülh və bərabərlik şəklində yaşaması üçün vuruşan İks-adamlar komandasının ilkin üzvlərindən biridir.
2006-cı ildə IGN veb-saytının hazırladığı "Top 25 İks-adamlar" siyahısında Marvelin ən məşhur personajlarından biri olan Siklop birinci yerə layiq görülmüşdür.[1] 2011-ci ildə isə eyni veb-saytda Siklop 100 komiks superqəhrəmanları siyahısında 39-cu göstərilmişdir.[2]
Siklop rolunu İks-adamlar, İks-adamlar 2 və İks-adamlar: Son müqavimət filmlərində aktyor Ceyms Marsden, İks-adamlar: Başlanğıc. Şimal porsuğu filmində aktyor Tom Pokok yeniyetmə Siklop rolunu, İks-adamlar: Apokalipsis və İks-adamlar: Qara zümrüd quşu filmlərində isə gənc Siklop rolunu aktyor Tay Şeridan canlandırmışdır.