Silent Hill (videooyun)

Silent Hill
Loqonun şəkli
Hazırlayanlar Konami
Yayımlayanlar Konami
Seriya Silent Hill
Buraxılış tarixləri 23 fevral 1999[2][3][…], 16 iyul 1999[4][5], 4 mart 1999[6]
Janr psixoloji qorxu[d], survival horror
Bəstəkar
Texniki məlumat
Platforma PlayStation[1], Microsoft Windows
Oyun rejimi birnəfərli oyun
Daşıyıcı CD
Rəsmi saytı

Silent Hill — Yaponiyanın "Team Silent" oyun istehsalçısı tərəfindən hazırlanmış və "Konami" şirkəti tərəfindən 1999-cu ildə yayımlanmış survival horror janrında olan videooyun. Bu "Silent Hill" seriyasının ilk oyunudur, oyun fevral ayından avqust ayına kimi yalnız PlayStation üçün satışa çıxarılmışdır. Oyunun dizaynerləri duman və qaranlıq effektlərindən istifadə etməklə konsolun yaratdığı avadanlıq məhdudiyyətlərini uğurla aradan qaldırdılar, nəticədə qrafika baxımından daha da yaxşı oyun təcrübəsi əldə edildi. "Silent Hill" üçüncü şəxs baxış bucağına malikdir, yəni oyun kamerası əsas personajın arxasına yerləşdirilir və personajın hərəkətləri və ətrafı bu prizmadan göstərilir. İlk sağ qalma qorxu oyunlarında əsas personajlar tez-tez döyüş bacarıqları olan təlim keçmiş döyüşçülər idi. "Silent Hill"də isə oyunçu personaj "everyman"dır. Bu o deməkdir ki, oyunçu personaj heç bir qeyri-adi bacarığı olmayan adi bir insandır.[7]

"Silent Hill"də oyunçular övladlığa götürdüyü qızının yoxa çıxmasının arxasındakı həqiqəti açmaq üçün vahiməli qəsəbədə axtarışa başlayan Harri Meysonu idarə edirlər. Harri zülmətə bürünmüş bu tərk edilmiş qəsəbədə axtarışa çıxarkən, qüdrətli bir tanrını diriltməyə cəhd edən bir təriqət ilə qarşılaşır. Harri qızının əsl mənşəyi ilə bağlı şok edici həqiqətlər öyrənir, onu təriqətin əlindən xilas etmək üçün bu qəsəbənin qaranlıq yerlərini araşdırır. Oyunda, oyunçuların bitirə biləcəyi cəmi beş mümkün sonluq var, hər biri onların oyun boyu etdikləri seçimlərlə müəyyən edilir. Bu sonluqlar oyunçular üçün fərqli nəticələr və təcrübələr təqdim edərək oyunun təkrar oynana bilinməsini və təxminedilməzliyini artırır.

Oyun buraxıldıqdan sonra tənqidçilər tərəfindən müsbət rəylərlə qarşılandı həm də kommersiya uğuru qazandı. "Silent Hill" bir çox insan tərəfindən indiyə qədər yaradılmış ən yaxşı qorxu oyunlarından biri kimi yadda qalmışdır.

  1. redump.org (ing.). Europe.
  2. https://www.ign.com/games/silent-hill.
  3. https://web.archive.org/web/19991001170447/http://www.konami.com/news/press/99/pr-990223.html.
  4. Howell M. The next 4 weeks (ing.). Future plc, 1999. Iss. 213. P. 48–49. ISSN 0261-3697
  5. Silent Hill (fr.). 1999. burax. 2. P. 47. ISSN 1296-7777
  6. https://www.jp.playstation.com/software/title/slpm86192.html.
  7. Fahs, Travis. "IGN Presents the History of Survival Horror". IGN. October 30, 2009. səh. 5. June 29, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 30, 2010.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne