Siren

klassik yunan cənazə heykəli çardaqda siren, təq. 370 BC
Çardaqda klassik yunan cənazə heykəli

Yunan mifologiyasında Siren və ya sirenalar (q.yun. Σειρήν,Seirḗn; cəmdə: q.yun. Σειρῆνες, Seirênes) — insanabənzər dişi varlıqlar, cazibədar səsləri ilə tanınırlar. Onlar Odisseya əsərində təsvir olunur; burada Odissey dənizçilərinin həyatını xilas edir.[1] Roma şairləri onları Sirenum Skopuli adlı kiçik adalarda yerləşdirirdilər. Sonralar bəzi rasional izah edilən ənənələrdə, "çiçəkli" Antemoessa (və ya Antemusa) adasının coğrafi mövqeyi müəyyən edilmişdir:[2] bəzən Pelorum burnu, bəzən də Paestum yaxınlığında yerləşən Sirenuse adaları və ya Kapri adası kimi göstərilmişdir. Bu ərazilərin hamısı qayalıq və uçurumlarla əhatələnmişdi.[3]

Sirenalar orta əsrlər dövründə xristian incəsənətində qadının təmsil etdiyi təhlükəli cazibənin simvolu kimi istifadə olunmağa davam etmişdir. "Siren" sözü həmçinin cazibədar və eyni zamanda təhlükəli hesab edilən qadınlar üçün jarqon kimi işlədilir.[4]

  1. Scholiast on Homer, Odyssey 12.168 with Hesiod as the authority, translated by Evelyn-White
  2. Strabo i. 22; Eustathius of Thessalonica's Homeric commentaries §1709; Servius I.e.
  3. "We must steer clear of the sirens, their enchanting song, their meadow starred with flowers" is Robert Fagles's rendering of Odyssey 12.158–9.
  4. "Siren". dictionary.cambridge.org. Cambridge Dictionary. İstifadə tarixi: 27 February 2024.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne