Skott Con Morrison | |
---|---|
ing. Scott John Morrison | |
![]() | |
Avstraliya Birliyinin Baş naziri | |
24 avqust 2018 – h.h | |
Əvvəlki | Malkolm Törnbul |
Liberal Partiyanın sədri | |
24 avqust 2018 – h.h | |
Əvvəlki | Malkolm Törnbul |
Avstraliya Birliyinin İctimai Xidmətlər Naziri | |
26 may 2019 – h.h | |
Əvvəlki | Matias Korman |
Avstraliya Birliyinin xəzinədarı | |
21 sentyabr 2015 – 24 avqust 2018 | |
Əvvəlki | Co Hokkey |
Sonrakı | Coş Fridenberq |
Avstraliya Birliyinin Sosial Xidmətlər Naziri | |
23 dekabr 2014 – 21 sentyabr 2015 | |
Əvvəlki | Kevin Endryus |
Sonrakı | Kristian Porter |
Avstraliya Birliyinin İmmiqrasiya və Sərhəd Mühafizəsi Naziri | |
18 sentyabr 2013 – 23 dekabr 2014 | |
Əvvəlki | Toni Berk |
Sonrakı | Piter Datton |
Avstraliya Birliyi Parlamentinin Kuk bölgəsi üzrə üzvü | |
24 noyabr 2007 – h.h | |
Əvvəlki | Bryus Berd |
Şəxsi məlumatlar | |
Doğum adı | Scott John Morrison |
Doğum tarixi | 13 may 1968[1] (56 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | Cenni Morrison (1990–h.h) |
Uşağı | 2 |
|
|
Təltifləri |
![]() |
![]() |
|
scottmorrison.com.au | |
![]() |
Skott Con Morrison (ing. Scott John Morrison; 13 may 1968[1], Sidney) — avstraliyalı siyasətçi, Avstraliyanın Baş naziri.
Morrison Sidneydə anadan olub və Yeni Cənubi Uels Universitetində iqtisadi coğrafiya təhsili alıb. 1998–2000-ci illərdə Yeni Zelandiya Turizm və İdman İdarəsinin direktoru vəzifəsində çalışmış və 2004–2006-cı illərdə Avstraliya Turizm Şirkətinin İdarəedici direktoru olmuşdur. İlk dəfə 2007-ci il seçkilərində Yeni Cənubi Uels Kuk Departamentindən Nümayəndələr Palatasına seçildi.
Koalisiyanın 2013-cü il seçkilərindəki qələbəsindən sonra Morrison Suveren Sərhədlər Əməliyyatına rəhbərlik etdiyi Abbot hökumətində İmmiqrasiya və Sərhəd Mühafizəsi Naziri seçildi. Növbəti il dəyişiklikdən sonra Sosial Xidmətlər Naziri oldu. Malkolm Törnbul Abbotun Baş nazir vəzifəsini yerinə yetirməsindən sonra 2015-ci ilin sentyabrında xəzinədar təyin edildi.[2]
2018-ci ilin avqust ayında Daxili İşlər Naziri Piter Datton Törnbulu Liberal Partiyaya rəhbərlik etməyi bacarmamaqda günahlandırdı. 24 avqust tarixində isə partiyaya yeni rəhbər seçmək üçün səsvermə təşkil olundu. Bu səsvermədə Morrison qətiyyətli namizəd kimi göründü və Liberal Partiyanın lideri olaraq həm Dattonu, həm də Xarici İşlər Naziri Culi Bişopu məğlub etdi. Günün sonunda qubernator onu Baş nazir olaraq təsdiq etdi.
Morrison 2019-cu il seçkilərində koalisiyanı qələbəyə apardı. 2021-ci ildə 2019–2020 yanğınları və parlamentə təzyiq ittihamlarına verdiyi cavaba görə tənqid olunarkən, Morrison hökumətinin COVID-19 pandemiyasını, o cümlədən Milli Kabineti necə idarə etdiyini göstərərək ittihamları susdurdu.