Skvidvard Tentikals | |
---|---|
Squidward Tentacles | |
![]() | |
Cins: | Kişi |
İş: | Krasti Krabda kassir |
Yaxınları: |
Valideynləri: ing. Mr.[1] and Mrs. Tentacles[2] Nənəsi: ing. Grandmama Tentacles[3] Əmisi oğlu: ing. Squeeze[4] Əcdadları: ing. Squog,[5] Squidly,[6] Hopalong[7] |
Görünüş: | Osminoq |
Dublyaj: | Rocer Bumpas |
IMDb: | ID 0027342 |
Skvidvard Tentikals (ing. Squidward Tentacles) — premyerası 1 may 1999-cu ildə Nickelodeon kanalında baş tutmuş "Süngər Bob Kvadrat Şalvar" cizgi serialının əsas personajlarından biri. Personaj dəniz bioloqu və animator olan Stiven Hillenburq tərəfindən yaradılmışdır. Skvidvard Tentikals obrazını aktyor Rocer Bumpas səsləndirir.
Skvidvard cizgi serialında ilk dəfə 1 may 1999-cu ildə efirə çıxan və "Süngər Bob Kvadrat Şalvar"ın pilot epizodu olan — "Köməkçi axtarılır" adlı seriyada görsənir. Stiven Hillenburq Skvidvard obrazını altı ayaqlı olaraq yaradıb, səbəb kimi isə o, belə bildirib ki, "ayaqlarının səkkiz əvəzinə altı təsvir olunması, sadəcə, animasiya baxımından daha asan olmasıdır".
Skvidvard moaidə Süngər Bobun ananas evi ilə Patrik Starın qaya evi arasında yaşayan adamaoxşar osminoqdur.[8] Personaj kimi Skvidvard lovğalı, acıqlı və qəddar kimi təsvir olunur. O, daima narahat edici və səs-küylü davranışlar etdiklərinə görə öz qonşularına nifrət edir. Buna baxmayaraq Bob və Patrik Skvidvardın onlara qarşı antipatiyası olmasından şübhələnmirlər və onu öz dostları kimi qəbul edirlər.[9] Skvidvard Krasti Krab restoranında kassir işləyir.
Skvidvard personajı istər peşəkar tənqidçilər, istərsə də pərəstişkarlar tərəfindən əsasən müsbət rəylər almışdır. Skvidvard "Süngər Bob Kvadrat Şalvar" ilə bağlı bir çox nəşrlərdə yer alıb: kitablarda, oyuncaq dəstlərində və digər uyğun mallarda. O, 2004-cü ildə çəkilmiş "Süngər Bob Kvadrat Şalvar" tammetrajlı cizgi filmində və 2015-ci ildə çəkilmiş "Süngər Bob 3D" filmlərində də yer alıb.