Slovakiyada macarlar (slovak. Maďari na Slovensku) — Ölkənin say baxımından böyük olan etnik azlığı. 2011-ci ilin siyahıya almağa görə ölkədə Slovakiyada 458 467 min macar yaşayır. Bu isə ölkə əhalisinin 8,5 % təşkil edir[1]. Bu Ruminiya macarlarından sonra ikinci ən böyük macar diasporasıdır. Müstəqil Slovakiyadakı macarların sayı və ümumi əhaliyə olan nisbəti tədricən azalmağa meyllidir. Macarların çoxu ölkənin cənubunda, Macarıstanla sərhədə yaxın ərazilərdə yerləşən rayon və şəhərlərdə cəmləşmişdir.