Solyaris | |
---|---|
rus. Солярис | |
Janr | elmi-fantastika filmi, macəra filmi, Art haus, dram filmi, roman ekranlaşdırması[d] |
Əsas mövzu | yerdən kənar həyat[1], Kosmik uçuş[1], İnsan[1], sevgi[1], ölüm[1], əzab[2], şəxsiyyət[3], şəxsiyyətin eyniliyi[3], Gerçəklik[1], Şüursuzluq[3], epistemologiya[3], Dərketmə[3], Borc[3] |
Rejissor | |
Ssenari müəllifləri | |
Baş rollarda |
|
Bəstəkarlar |
|
İstehsalçı | Mosfilm |
Distribütor | MOKEP[d], Netflix |
İlk baxış tarixi | 1972, 5 fevral 1972[5], 13 may 1972[5], 5 fevral 1973[5] |
Müddət | 160 dəq. |
Büdcə | 1.000.000 SSRİ rublu |
Ölkə | |
Dil | rus dili |
Rəng | rəngli[d], ağ-qara[d] |
Çəkiliş yeri | Moskva, Yaponiya, Rusiya |
IMDb | ID0069293 |
Vikianbarda əlaqəli mediafayllar |
Solyaris (rus. Солярис) — Stanislav Lemin 1961-ci ildə nəşr olunmuş eyniadlı romanı əsasında 1972-ci ildə çəkilmiş Sovet fantastika bədii filmidir. Rejissor — Andrey Tarkovski; baş rollar — Donatas Banionis və Natalya Bondarchuk; Elektron musiqi — Eduard Artemyev. Həmçinin, İohann Sebastyan Baxın bəstəsindən də istifadə olunmuşdur.
Süjet, üç alimin emosional böhrana düşdüyü üçün bir elmi missiyanın dayandığı xəyali Solaris planetini orbit edən bir kosmik stansiyada mərkəzləşmişdir. Psixoloq Kris Kelvin (Banionis) vəziyyəti öyrənmək üçün stansiyaya gedir, lakin o da digərləri ilə eyni sirli hadisələrə rast gəlir. Film Tarkovskinin elmi fantastika janrına yeni bir emosional və intellektual bir dərinlik gətirmək cəhdi idi; janrdakı əksər Qərb əsərlərini texnoloji ixtiraya yönəltdiklərinə görə dayaz kimi görürdü.[6] Solaris 1972-ci il Cannes Film Festivalında Grand Prix Spécial du Jury( Juri xüsusi mükafatı) və FIPRESCI mükafatlarına layiq görüldü və Qızıl Palma (Palme de'Or) mükafatına namizəd oldu. Solaris çox zaman kino tarixindəki ən böyük elmi fantastika filmlərindən biri kimi nümunə göstərilir. Film çox vaxt Stanley Kubrickin 2001:A space odyssey filmi ilə müqayisə olunur. Ancaq çox açıq şəkildə hər iki filmin altmətni fərqlidir. Tarkovskinin bu filmdə ifadə etdiyi bəzi fikirlər onun Stalker(1979) filmində daha da inkişaf etmiş halda öz əksini tapmışdır.