Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sonqyunqvan Universiteti | |
---|---|
成均館大學校 성균관대학교 | |
37°35′14″ şm. e. 126°59′39″ ş. u.HGYO | |
Şüar |
仁義禮智 인의예지 |
Əsası qoyulub | 1953 |
Tip | Özəl |
Prezident | Shin Dong-ryeol |
Tələbə sayı | 25,951 |
Şəhər | Seul |
Ölkə | Cənubi Koreya |
Ünvan | Seul (Humanitar və Sosial Elmlər Tələbə Şəhərçiyi), Suvon (Təbiət Elmləri Tələbə Şəhərçiyi) |
Sayt | skku.edu/skku/index.do |
Vikianbarda əlaqəli mediafayllar |
Sonqyunqvan Universiteti (SU və ya sadəcə Seongdae, Hangul: 성균관대학교; Hanja: 成均館大學校) — Cənubi Koreyada özəl tədqiqat universiteti.
Müəssisənin tarixi 1398-ci ildə əsası qoyulmuş və Seulun mərkəzində yerləşən tarixi Sonqyunqvana qədər gedib çıxır.[1] Coseon sülaləsinin ən qabaqcıl təhsil müəssisəsi olaraq, kralın razılığı ilə[2] böyük dövlət idarəsinin qanunu[3] ilə idarə olunurdu. 19-cu əsrin sonlarında universitet kimi yenidən qurulmuş və o vaxtdan bəri tədqiqat təkliflərini xeyli genişləndirilmişdir. Universitet əsasən Samsung, Hyundai kimi özəl şirkətlər və dövlət qurumları tərəfindən dəstəklənir və tədqiqata, elmi tərəqqiyə böyük vəsaitlər xərclənir. 2017-ci ildə Clarivate Analytics tərəfindən Clarivate Citation Laureatı adına layiq görülmüş kimya mühəndisliyi professoru Park Nam-Gyu da daxil olmaqla ən yaxşı tədqiqatçı alimləri yetişdirmişdir.[4] Professor Li Yanq-hi Əsas Elmlər İnstitutunda İnteqrasiya edilmiş Nanostruktur Fizikası Mərkəzinin direktorudur.