Sonuncu Dalan

Sonuncu Dalan
The Last DeadEnd
"Sonuncu Dalan" videooyununun rəsmi afişası
"Sonuncu Dalan" videooyununun rəsmi afişası
Hazırlayan AzDimension
Yayımlayan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
Buraxılış tarixi Ümumdünya 5 may 2018
Janrlar Survival horror
Dizaynerlər Fərid Haqverdiyev
Rüstəm Pənahov
Rəşad Qədirov
Timur Əzisov
Cahit Əliyev
Bəstəkarlar Toğrul Cəfərov
Fərid Aslanov
Texniki məlumat
Platformalar Microsoft Windows
Mühərriklər Unreal Engine 4
Oyun rejimləri Birnəfərli
Sistem tələbləri
İdarəetmə Klaviatura
Xbox 360 qeympadı
Rəsmi saytı

The Last DeadEnd (azərb. Sonuncu dalan‎) — "AzDimension" tərəfindən hazırlanan, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən nəşr edilən, qorxu elementlərini daşıyan və döyüş-macəraqorxu janrlarında olan indi videooyun. Bu, Azərbaycan videooyun şirkəti olan "AzDimension"nun hazırladığı beşinci videooyunudur. Oyun 5 may 2018-ci il tarixində Microsoft Windows platforması üçün "Steam"də satışa çıxarılmışdır.

Oyun əsasən Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə daxil olan İçərişəhərdə cərəyan edir, ancaq bəzi epizodlarda Xəzər dənizi sularına qərq olmuş Bayıl qalası da göstərilir. Oyunun baş qəhrəmanı Fərhad Novruzov adlı gənc bir alimdir. Fərhad öz ana vətəninə – Azərbaycana beynəlxalq bir telekanal üçün sənədli film çəkməyə gəlir. O, burada qədim Zərdüştilik dini ilə əlaqədar qəribə hadisələrə şahid olur.

Oyun tənqidçilər tərəfindən ümumiyətlə müsbət rəylər almışdır. Oyun dərin hekayəsi, əsas geympleyi və maraqlı personajlarına görə təriflənmiş, ancaq zəif səs aktyorluğu və animasiyalarına görə tənqidlənmişdir. Bəzi tənqidçilər oyunu "BioShock Infinite" kimi məşhur oyunlarla müqayisə etmişdilər.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne