Sosial darvinizm — XIX əsrin sonu və XX əsrin əvvəllərində cəmiyyətin quruluşunu və inkişafını əsasən canlı təbiətin qanunları ilə izah edən, bioloji nəzəriyyələrə əsaslanan və cəmiyyətdə tətbiq olunan elmə zidd olan nəzəriyyələr və ictimai təcrübələrin ümumiyyətidir. Sosial darvinizm, təbii seçilmə və ən yaxşı uyğunlaşanların həyatda qalma prinsiplərinin cəmiyyətşünaslıq, iqtisadiyyat və siyasətə tətbiqini nəzərdə tuturdu. Sosial darvinizm, əsasən, 1870-ci illərdə Qərbi Avropa və Şimali Amerikanın tədqiqatçıları tərəfindən müəyyən edilib. Sosial darvinizm, irqi mübarizə ideyasının əsasını təşkil edir — müxtəlif irqlər arasında həyat uğrunda mübarizə, onları ayrı-ayrı bioloji növlər kimi qəbul etməyi nəzərdə tutan irqçilik ideologiyasının təbliğidir.