Spekulyasiya (lat.specio sözündən) — iz ilə gedib tapma, izinə düşmə, baxıb tapmaq [1], aşağıdakı mənaları ifadə edə bilər[2]:
İqtisadi lüğətdə – alış və satış qiymətləri arasındakı fərq sayəsində gəlir əldə etmək deməkdir. Mahiyyət etibarı ilə, istənilən ticarət əməliyyatını spekulyasiya hesab etmək olar. İqtisadi ədəbiyyatlarda tez-tez spekulyasiya və investisiyanı bir-birindən fərqləndirmək cəhdlərinə rast gəlirik
Ümum humanitar xarakterli, fəlsəfi, həmçinin ümum elmi ədəbiyyatda və publisistikada – mücərrəd, abstrakt mühakimələr deməkdir.
Məcazi mənada isə – hər hansı bir şəraitdən, kiminsə çətinliklərindən öz məqsədlərin və planların naminə istifadə etmək (məsələn siyasi çətinliklər üzərində spekulyasiya etmək)[3].
Spekulyant — nəyisə şəxsi istifadə və istehlak məqsədilə deyil, təkrar satış və mənfəət əldə etmək məqsədilə alan şəxs[4].