Star Wars: Dark Forces

Star Wars: Dark Forces
Oyunun "MS-DOS" platforması üçün olan rəsmi afişası.
Oyunun "MS-DOS" platforması üçün olan rəsmi afişası.
Hazırlayan LucasArts
Yayımlayan LucasArts
Seriya "Star Wars: Jedi Knight"
Buraxılış tarixi
Janrlar Birinci şəxs atıcı
Yaş reytinqləri ESRB: TTeen
Rejissorlar Daron Stinnett
Dizaynerlər
  • Daron Stinnett
  • Rey Qresko
  • Castin Çin
Ssenaristlər Castin Çin
Proqramçılar
  • Daron Stinnett
  • Rey Qresko
  • Vinston Vulf
Rəssamlar
  • Castin Çin
  • Kollett Mişo
Bəstəkarlar Klint Bacakyan
Texniki məlumat
Platformalar
Mühərrik Jedi (oyun mühərriki)
Oyun rejimi birnəfərli oyun[6]
İnterfeysin dili ingilis dili[6], fransız dili[6], alman dili[6], italyan dili[6], ispan dili[6]
Daşıyıcılar CD-ROM, rəqəmsal dağılım (Steam, PSN)
Sistem tələbləri
İdarəetmə klaviaturasiçan
geympad
Rəsmi saytı

Star Wars: Dark Forces (azərb. Ulduz müharibələri. Qaranlıq qüvvələr‎) — "LucasArts" tərəfindən istehsal edilmiş və yayımlanmış birinci şəxs atıcı janrında videooyun. Videooyun 1995-ci ildə "MS-DOS" və "Macintosh", 1996-cı ildə isə "PlayStation" üçün satışa çıxarılmışdır. Oyunun hadisələri uydurma "Ulduz müharibələri" franşizasının genişlənmiş kainatında cərəyan edir və orijinal "Ulduz müharibələri" filminin hadisələrindən qısa müddət əvvəl başlayır. Oyunun baş qəhrəmanı və oyunçu personajı Üsyançı ittifaqı adından işləyən muzdlu əsgər Kayl Katarndır. O, qalaktik imperiyanın bir sıra güclü yeni döyüş droidlərigüclü zirehli həmləçi qoşunlarının inkişafı haqqında gizli "Qaranlıq qoşunlar" layihəsini aşkar etmişdir.

"Dark Forces" oyun üçün xüsusi olaraq hazırlanmış "Jedi" oyun mühərrikindən istifadə edir. Mühərrik oyunun buraxılışı zamanı birinci şəxs atıcı janrında görünməmiş geympley xüsusiyyətlərini, o cümlədən çoxmərtəbəli səviyyə dizaynı, yuxarı və aşağı baxmaq funksiyası əlavə etmişdir. "Dark Forces" iki oyun arasındakı oxşarlıqlara görə tez-tez "Doom" klonu adlandırılmışdır, baxmayaraq ki, "Dark Forces"da təqdim edilən bəzi texniki xüsusiyyətlər "Doom"da yoxdur.

Satışa çıxarılmasından sonra "Dark Forces"un kompüter versiyası tənqidçilərdən əsasən müsbət rəylər almış, onlar səviyyə dizaynı və texnoloji təkmilləşdirmələri yüksək qiymətləndirmişdilər. Oyunun digər versiyaları qarışıq rəylər almış, xüsusilə də "PlayStation" versiyası qrafika və aşağı kadr sürətinə görə tənqid edilmişdir. Oyun maliyyə cəhətdən də yaxşı çıxış etmiş və 1999-cu ilə qədər ABŞ-də təxminən 1 milyon kopya satmışdır. Oyun "Star Wars: Jedi Knight" oyun seriyasının birinci epizodu idi və onun üçün üç sikveli buraxılmışdır: 1997-ci ildə "Star Wars Jedi Knight: Dark Forces II", 2002-ci ildə "Star Wars Jedi Knight II: Jedi Outcast" və 2003-cü ildə "Star Wars Jedi Knight: Jedi Academy". Sikvellər tədricən diqqəti orijinal oyunun birinci şəxs atıcı elementlərindən yayınaraq "hek-end-sleş" janrına keçid etmiş, oyunçuya işıq qılıncıgüc qabiliyyətlərini vermişdir, lakin Katarnın hekayəsini davam etdirilmişdir.

  1. Sitat səhvi: Yanlış <ref> teqi; GRDOS adlı istinad üçün mətn göstərilməyib
  2. Sitat səhvi: Yanlış <ref> teqi; GRPS adlı istinad üçün mətn göstərilməyib
  3. "Star Wars: Dark Forces (PlayStation)". IGN. 2016-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2022.
  4. Sitat səhvi: Yanlış <ref> teqi; Bailey adlı istinad üçün mətn göstərilməyib
  5. 1 2 Sterling, Jim. "Star Wars: Dark Forces coming to PlayStation Network". Destructoid (ingilis). 2010. 2022-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2022.
  6. 1 2 3 4 5 6 Steam. 2003.
  7. "STAR WARS™ - Dark Forces". Steam (ingilis). 16 sentyabr 2009. 2022-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2022.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne