SteamOS | |
---|---|
![]() | |
![]() | |
İstehsalçı | Valve |
Bazası | Debian, Arch Linux[1] |
Buraxılış tarixi | 13 dekabr 2013 |
Son versiya | |
Yenilənmə üsulu | Advanced Packaging Tool |
Paketlər menecerləri | Advanced Packaging Tool, Pacman[d], Flatpak |
Dəstəklənən platformalar | x86_64[d] |
İnterfeys | KDE Plasma |
Veb-saytı | store.steampowered.com/s… |
![]() |
SteamOS — Valve tərəfindən hazırlanmış Linux paylanması. O, Valve-nin məşhur Steam video oyun mağazasını özündə birləşdirir və Steam Machines və Steam Deck üçün əsas əməliyyat sistemidir. SteamOS bəzi qapalı mənbə komponentlərinə malik açıq mənbədir.
SteamOS əvvəlcə fərdi kompüterdən eyni şəbəkə daxilində yerləşən SteamOS olan kompüterə video oyun axınını dəstəkləmək üçün yaradılmışdı, baxmayaraq ki, əməliyyat sistemi müstəqil sistemləri dəstəkləyə bilir. Əməliyyat sistemi Valve-nin Steam Machine platformasının bir hissəsi kimi istifadə olunmaq üçün nəzərdə tutulmuşdu. 2013-cü ilin dekabrında buraxılmış SteamOS 1.0 və 2.0 versiyaları Linux-un GNOME iş masası ilə Debian paylanmasına əsaslanırdı.[4] SteamOS ilə Valve, Linux-da videooyun oynamağı daha yaxşı dəstəkləmək üçün tərtibatçıları Linux-u öz oyunlarında dəstəkləməyə təşviq edirdi.
2022-ci ilin fevral ayında Valve SteamOS 3.0 ilə işləyən Steam Deck əl oyun kompüterini buraxdı. SteamOS 3, KDE Plasma 5 ilə Arch Linux paylanmasına əsaslanır.