Stevia

Stevianın şirin glikozidlərini təşkil edən əsas blokun – steviolun kimyəvi quruluşu

Stevia (Şəkər Otu) – rebaudiana bitkisinin yarpaqlarından əldə edilən bir dadverici və şəkər əvəzləyicisidir. Stevianın birləşmələri – şəkərə nisbətən 150 dəfə çox şirinliyə[1] və sabit pH-a malik olan, istiyədavamlı və fermentləşdirilməyən[2] steviol glikozidlərdir (əsasən steviosid və rebaudiosid). Stevianın qida və pəhriz əlavəsi kimi hüquqi statusu müxtəlif ölkələrdə müxtəlifdir.

Amerika Birləşmiş Ştatlarında yüksək saflığa malik (təmiz) stevia glikozidi ümumiyyətlə təhlükəsiz olaraq tanınır və qida məhsullarının tərkibində istifadə olunmasına icazə verilir, lakin stevia yarpağı və xam ekstraktın qidalarda istifadəsi üzrə Ərzaq və Dərman İdarəsi tərəfindən razılıq yoxdur. Avropa Birliyi 2011-ci ildə Stevia əlavəsini təsdiqlədi və Yaponiyada stevia illərdir dadverici olaraq yayılmış bir şəkildə istifadə olunur.

Stevia rebaudiana Cənubi Amerikanın Quarani xalqları tərəfindən 1500 ildən çoxdur ki, istifadə olunur və onu "Ka'a He'ê" (Şəkər Otu) adlandırırlar[3]. Yarpaqları BraziliyaParaqvayda yüz illər boyunca ənənəvi olaraq yerli çaylar və dərmanlara dad vermək üçün "şirin müalicə" kimi istifadə edilir.

Stevia bitkisini kəşf edən İsveçrəli botanik alim Moyses Santyaqo Bertoni

Bu bitki Valensiya Universitetinin botanika üzrə professoru, ispan botaniki və həkim Petrus Jacobus Stevusun (Pedro Jaime Esteve 1500–1556) şərəfinə olaraq stevia adlandırılmışdır[4].

  1. H.M.A.B. Cardello, M.A.P.A. Da Silva, M.H. Damasio. "Measurement of the relative sweetness of stevia extract, aspartame and cyclamate/saccharin blend as compared to sucrose at different concentrations". Plant Foods for Human Nutrition. 54 (2). 1999: 119–129. doi:10.1023/A:1008134420339. 2018-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-19.
  2. Raji Akintunde Abdullateef, Mohamad Osman. "Studies on effects of pruning on vegetative traits in Stevia rebaudiana Bertoni (Compositae)". International Journal of Biology. 4 (1). 1 January 2012. doi:10.5539/ijb.v4n1p146. 23 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 April 2018.
  3. Misra, H.; Soni, M.; Silawat, N.; Mehta, D.; Mehta, B. K.; Jain, D. C. "Antidiabetic activity of medium-polar extract from the leaves of Stevia rebaudiana Bert. (Bertoni) on alloxan-induced diabetic rats". J Pharm Bioallied Sci. 3 (2). April 2011: 242–8. doi:10.4103/0975-7406.80779. PMC 3103919. PMID 21687353.
  4. Parsons, WT; Cuthbertson, EG. Noxious Weeds of Australia, 2nd ed. Collingswood, Australia: CSIRO Publishing. 2001. ISBN 978-0-643-06514-7., page 309. This reference refers specifically to Stevia eupatoria, a related weed having the same nomenclature origin.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne