Stranger in Moscow

"Stranger In Moscow"
Maykl Cekson tərəfindən HIStory: Past, Present and Future, Book I albomunda ifa olunmuş sinql
Yayımlanma tarixi 1996, 4 noyabr
Format sinql
Janr R&B
Dil ingilis dili
Müddət 04:05
Prodüser Maykl Cekson
Bəstəkar Maykl Cekson
Sözlərin müəllifi Maykl Cekson
Studiya Epic Records
Maykl Cekson sinqllarının xronologiyası
"They Don't Care About Us"
(1996)
"Stranger In Moscow"
(1996)
"Money"
(1997)
Audio nümunəsi
Stranger In Moscow mahnısının səslənməsi

Stranger In MoscowMaykl Ceksonun HIStory: Past, Present and Future, Book I albomundan çıxardığı beşinci və axırıncı sinql. Mahnı Epic Records şirkəti tərəfindən 1996 – cı ildə yayımlanmışdır.Mahnı əvvəlcə Avropada, daha sonra isə ABŞ-də yayımlanmışdır. Mayklın böyük uğur qazanan mahnı, bir çox Avropa ölkələrində birinciliyi əldə etmişdir.

Maykl Cekson mahnını Moskva şəhərində bəstələmişdir. Belə ki, Maykl bu mahnıda Dangerous World Tour çərçivəsində Moskvada yerləşdiyi otel otağında ikən düşündüklərini qələmə almışdır. Qeyd edək ki, bu səfəri zamanı Moskvada Rusiya dövlət orqanları tərəfindən Maykla qarşı hörmətsizliklər edilmiş və Moskvadan ayrılarkən Maykl bir daha Moskvaya dönməyəcəyinə söz vermişdir.

Mahnının klipi də olduqca uğurlu alınmışdır. Belə ki, ağ-qara şəkildə çəkilən klipdə Maykldan başqa hər şey çox yavaş hərəkət edir və xüsusi effekt yaradır. Beləliklə də mahnının musiqisi və sözlərindəki məna dolğun şəkildə tamaşaçıya çatdırılır.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne