Su-27M / Su-35 | |
---|---|
![]() | |
Tipi | Qırıcı |
Hazırlayan | Suxoy Dizayn Bürosu[d] |
İstehsalçı |
![]() ![]() |
Dizayner | Suxoy Dizayn Bürosu |
İlk uçuş |
Su-27M: 28 iyun, 1988 Su-35S: 19 fevral, 2008 |
İstismara verilmə tarixi | 12 fevral 2014 |
Status | istifadədədir |
İstismarçılar |
![]() ![]() |
İstehsal ili |
Su-27M: 1987–1995 Su-35S: 2007–hal-hazırda |
Buraxılış sayı |
Su-27M: 14[1] Su-35S: 82 (68-i Rusiya üçün,[2][3][4] 14-ü ixrac üçün[5]) |
Vahidinin qiyməti | 40-65 milyon dollar[6][7][8] |
Baza modeli | Su-27 |
![]() |
Suxoy Su-35 (rus. Сухой Су-35, NATO kod adı: Flanker-E) — Su-27 qırıcısının iki dəfə təkmilləşdirilmiş törəmə forması. Bir oturacağı və supermanevretmə qabiliyyəti var. Suxoy Dizayn Bürosu tərəfindən dizayn olunmuşdur. Komsomolsk-on-Amur Təyyarə Zavodunda istehsal olunmuşdur.
İlk variant 1980-ci illərdə Su-27-də bir inkişaf kimi tərtib edilmiş və Su-27M kimi tanınmışdır. Bu törəmə, daha böyük ağırlığın öhdəsindən gəlmək üçün struktur gücləndirməsini və çox funksiyalı radarı əhatə edir. İlk prototip 1988-ci ilin iyun ayında ilk uçuşunu etdi. Sovet İttifaqının dağılması səbəbindən təyyarə kütləvi şəkildə istehsal olunmadığı üçün, Suxoy təyyarəsi ixrac sifarişlərini cəlb etmək üçün Su-35 olaraq yenidən təyin edildi. İstehsal edilən on dörd təyyarə sınaq və nümayiş üçün istifadə edildi. Bir nümunə itələmə vektorlu mühərriklərə malik idi. O, Su-37 texnologiya nümayişçisi kimi istifadə edildi. Su-30MK ailəsinə bənzəyən yeganə Su-35UB 1990-cı illərin sonlarında iki yerlik məşqçidə tikilmişdir.
2003-cü ildə Suxoy Suxoy PAK FA proqramının inkişafını gözləyən müvəqqəti bir təyyarə kimi Su-27-ni ikinci dəfə təkmilləşdirməyə başladı. Su-35 olaraqda bilinən bu versiya, Su-27 ilə müqayisə edildikdə yenidən dizayn edilmiş kokpit və silah idarəetmə sisteminə və qəfəslərin yerinə itələmə vektorlu mühərriklərə sahibdir. Bu versiya ilk uçuşunu 2008-ci ilin fevral ayında etdi. Təyyarə ixrac üçün nəzərdə tutulsada, Rusiya Hərbi Hava Qüvvələri ilk müştərisi oldu. Çin Xalq Respublikası Hərbi Hava Qüvvələri və İndoneziya Hərbi Hava Qüvvələridə təyyarə üçün sifariş verdi.