Suxoy Su-57 | |
---|---|
Су-57 | |
![]() T-50 | |
Tipi | Stels texnologiyası, Döyüşçü-bombardmançı təyyarə |
Hazırlayan | Suxoy[d], Suxoy Dizayn Bürosu[d] |
İstehsalçı |
![]() |
Baş konstruktor | A.N. Davidenko |
Dizayner | Suxoy KB |
İlk uçuş | 29 yanvar 2010 |
İstismara verilmə tarixi | 2018 |
Status | Prototip |
İstismarçılar |
![]() |
Buraxılış sayı | 10 (prototip)[1] |
Hazırlanma dəyəri | 8–10 milyard [2] mln. ABŞ dolları |
Vahidinin qiyməti | 47.5–57[3] mln. ABŞ dolları |
![]() |
Suxoy Su-57 (rus. Сухой Су-57) (T-50 PAK FA, Т-50, И-21[4], NATO kod adı Felon[5]) — Rusiya çoxməqsədli 5-ci nəsil qırıcı təyyarəsi. "Suxoy" birləşmiş konstruktor bürosu tərəfindən layihələndirilib, Т-50 şərti adı altında tanınır. Əsas üstünlüyü radara görünməməsidir. Bu təyyarə Rusiya HHQ-lərindəki Su-27 və MiG-29-ları əvəz etmək üçün hazırlanmışdır. Əsas rəqibləri Amerika F-22 və F-35 təyyarələri olan Su-57 ilk uçuşunu 29 yanvar 2010-cu ildə etmişdir. Rusiya bu təyyarələrdən 1000 ədəd istehsal etməyi planlaşdırırdı, lakin sonra bu rəqəm 76-ya enib. Hindistan da 25 milyard dollarlıq müqavilə ilə Rusiyadan 250 ədəd Su-57 almağı və birgə istehsal etməyi planlaşdırsa da, sonradan bu müqaviləni ləğv edib.
“T-50 PAK FA” qırıcıları amerikanların beşinci nəsil “F-22 Raptor” döyüş təyyarəsi və “F-35” qırıcılarına qarşı ciddi rəqib ola bilər. “T-50” qırıcısı qanadları altında daşıdığı “hava-hava” sinfindən olan raketlərinin uzaq məsafələrdəki hədəfləri vurmasından ötrü maksimal kinetik enerji ilə təmin edilib və o, öz konstruksiyanın gücünə əsasən, həm yüksək sürətlə, həm də ki, daha hündürdən uça bilər. Rusiya qırıcısının bortunda qüvvətli radioelektron lakasiya sistemi də yerləşdiriləcək.[6] “T-50” birinci uçuşu 2010-cu il yanvarın 29-da Komsomolsk Amurda olub. Qırıcının ixracat versiyasının seriya istehsalına 2020-ci ildə başlanması nəzərdə tutulub.[7] Su-57 qırıcısı nüvə silahının çatdırılması üçün əsas platforma deyil, lakin onun yüksək texnoloji manevr qabiliyyəti nüvə silahını çatdırmaq üçün daha operativ imkanlar yaradır.[8]