Swallow the Sun | |
---|---|
![]() Swallow the Sun qrupunun konserti (2006) | |
Əsas məlumatlar | |
Üslub |
dum metal melodik det-metal |
Fəaliyyət illəri | 2000—h.h. |
Ölkə |
![]() |
Dil | ingiliscə |
Leybl |
Firebox Records Spinefarm Records |
Heyət |
Matti Honkonen Markus Yamsen Mikko Kotamyaki Aleksi Munter Kay Hahto Yuha Rayvio |
Keçmiş üzvlər | Pasi Pasanen |
www.swallowthesun.net | |
![]() |
Swallow the Sun — Death/doom metal qrupu, 2000-ci ildə Finlandiyada Juha Raivio və Pasi Pasanen tərəfindən yaradılmışdır. "Plutonium Orange" qrupunda əvvələr birlikdə çıxış etmişlər, daha sonra Swallow the Sun proyektini yaratmışlar. Dahan sonra qrupa Markus Jämsen gitara, Mikko Kotamäki vokal , Aleksi Munter sintezatora və Matti Honkonen bas gitara üçün qrupa daxil oldular. Bununla belə qrup formalaşmağa başladı. Daha sonra qrup 2003-cü ildə "Out of This Gloomy Light" adlı ilk debüt demo albomunu çıxartdılar. Bu demodan sonra qrup Finlandiyalı Firebox Records albom şirkəti ilə müqavilə imzalayaraq, 2003-cü ildə ilk debüt studio "The Morning Never Came" adlı albomlarını çıxartdılar.
2005-ci ilin fevralında Swallow the Sun, "Ghosts of Loss" adlı özünün ikinci studio albomunu buraxdı. Bu albomdan əlavə həmin ildə "Forgive Her..." adlı sinqlda buraxıldı. Bu sinql Finlandiyada "20 singles chart Top Finnish" siyahısın da 6 həftə boyunca 4-ci yerdə olmuşdur.
2006-ci ildə Spinefarm Records albom şirkəti müqavilə imzalandı. Həmin il qrup Avropada konsert turnelərin də çıxış etməyə başladı. 2007-ci ildə qrup özünün üçüncü studio "Hope" albomunu buraxdı. Daha sonra Katatonia, Scar Symmetry və Insomnium kimi qruplar ilə birgə ABŞ-də konsertlərə qatıldı.