Sword Art Online | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ソードアート・オンライン (Sōdo Āto Onrain) SAO azərb. Onlayn Qılınc Sənəti | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Janr | macəra,[1] isekay,[2] elmi fantastika[3] | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Roman seriyası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Manqaka | Reki Kavahara | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Nəşriyyat | özü tərəfindən | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Nəşr tarixi | 2002 – 2008 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ranobe | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Manqaka | Reki Kavahara | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəssam | abec | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Nəşriyyat | ASCII Media Works | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Demoqrafiya | kişilər | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Nəşr tarixi | 10 aprel 2009 – hazırda | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Cildlər | 28 (cild siyahısı) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Anime serialı | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rejissor |
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Prodüsser |
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Bəstəkar | Yuki Kaciura | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Studiya | A-1 Pictures | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Kanal | Tokyo MX, GTV, GYT, tvk, TVS, TVA, RKB, HBC, MBS, AT-X, CTC, BS11 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Yayım tarixi | 8 iyul 2012 – 20 sentyabr 2020 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Seriyalar | 86 (seriya siyahısı) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Sword Art Online (ソードアート・オンライン, Sōdo Āto Onrain?, azərb. Onlayn Qılınc Sənəti) və ya qısaca SAO — 2009-cu ildən abec-in rəssamlıği ilə Reki Kavahara tərəfindən yazılan ranobe seriyası. Ranobe seriyası yaxın gələcəkdəki müxtəlif virtual dünyalarda oynayan Kazuto "Kirito" Kiriqaya və Asuna Yuukinin macəralarından bəhs edir. Ranobe seriyası 10 aprel 2009-cu ildən ASCII Media Works nəşriyyatı tərəfindən Dengeki Bunko imprinti ilə nəşr olunur. 2012-ci ilin oktyabrında isə spin-offu istehsal olunmuşdur. Ranobe seriyasında ASCII Media Works və Kadokawa nəşriyyatları tərəfindən çap olunan 9 manqa adaptasiyası peyda olmuşdur. Ranobe seriyası və manqa adaptasiyaları Yen Press tərəfindən Şimali Amerika regionu üçün lisenziyalaşdırılmışdır.
A-1 Pictures studiyası tərəfindən istehsal olunmuş eyniadlı anime serialı adaptasiyası Yaponiyada 2012-ci ilin iyulundan dekabrına kimi yayımlanmışdır. "Extra Edition" seriyası 31 dekabr 2013-cü ildə, anime serialının ikinci mövsümü olan "Sword Art Online II" isə 2014-cü ilin iyulundan dekabrına kimi Yaponiyada nümayiş etdirilmişdir. Reki Kavaharanın orijinal hekayəsinə əsaslanan"Sword Art Online: Ordinal Scale" anime filmi 18 fevral 2017-ci ildə Yaponiyada ekranlaşdırılmışdır. 2018-ci ilin aprelində "Sword Art Online Alternative Gun Gale Online" adlı spin-off anime serialı debüt etmişdir. 2018-ci ilin oktyabrından "Sword Art Online: Alicization" adlı üçüncü mövsümüm yayımlanır. Netflix tərəfindən serial adaptasiyası anons edilmişdir. Müxtəlif platformalar üçün 6 videooyun adaptasiyası istehsal olunmuşdur.
"Sword Art Online" dünya miqyasında böyük uğur əldə etmişdir. Bütün dünyada ranobe seriyasının 20 milyondan çox nüsxəsi çapdan çıxmışdır. Anime serialı müsbət rəylər almış, animasiyasına, musiqisinə və virtual reallığın psixologiyasının başa salınmasına görə təriflənmiş, lakin tempinə və süjet xəttinə görə tənqid olunmuşdur.