Systema Naturae

Systema Naturae
Müəllif Karl Linney
Orijinalın dili latın dili
Ölkə
Orijinalın nəşr ili 1735
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Karl Linneyin Systema Naturæ adlı əsərinin 1758-ci ildə çap edilmiş olan versiyasının üz qabığı[1]

Systema Naturae (Latınca) — İsveçli botanik, zooloqhəkim Karl Linneyin (1707–1778) ən vacib əsərlərindən biridir və bu əsərdə Linney taksonomiyası təklif edilir. Bu gün binominal nomenklatura olaraq bilinən bu sistem, həqiqətdə Linneydən 200 il əvvəl Qaspard və Yohann Bauhin qardaşları tərəfindən qismən inkişaf etdirilsə də[2], Linney bu sistemdən kitabında ardıcıl olaraq ilk istifadə edən insandır. Kitabın ilk nəşri 1735-ci ildə edilmişdir. 1758-ci ildə nəşr olunan ən vacib nəşri sayılan kitabın 10-cu nəşrinin tam adı Latın dilində belədir: “Systema naturæ per regna tria naturæ, secundum classes, ordines, genera, species, cum characteribus, differentiis, synonymis, locistir”. Bu sözləri Azərbaycan dilinə aşağıdakı şəkildə tərcümə etmək mümkündür: “Siniflər, dəstələr, cinslər və növlərinə görə; xarakterləri, fərqlilikləri, sinonimləri və yerləşmə yerləri ilə birlikdə; təbiətin üç aləmi daxilində təbiətin sistematikası”

Bu kitabın 10-cu nəşri (1758) zooloji təsnifatın başlanğıc nöqtəsi hesab olunur.[3] Linney 1766-1768-ci illər arasında özünün sonuncu daha da inkişaf etdirilmiş XII nəşrini etdirmişdir. Daha da çox inkişaf etdirilmiş və eyni tərzdə yazılmış “Systema Naturae” adlı əsər, Yohann Fridrix Qmelin tərəfindən 1788-1793-cü illər arasında nəşr edilmişdir. Bu son əsər zooloqlar tərəfindən XX əsrin əvvəllərindən etibarən eyni seriyanın sonuncu nəşri kimi qəbul edilmişdir.[4][5] Bundan əlavə, bu əsər rəsmi olaraq Beynəlxalq Zooloji Nomenklatura Komissiyasının 26 oktyabr 1954-cü ildə qəbul edilmiş 296-cı qanunu ilə Systema Naturae seriyasının XIII nəşri olaraq qəbul edilmişdir.[6]

  1. Systema naturae per regna tria naturae :secundum classes, ordines, genera, species, cum characteribus, differentiis, synonymis, locis (latın). Stockholm: Laurentius Salvius. 1758. 10 oktyabr 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2016.
  2. Windelspecht (2002), p. 28.
  3. Gordh, Gordon; Beardsley, John W. Taxonomy and biological control // Bellows, T. S.; Fisher, T. W. (redaktorlar ). Handbook of Biological Control: Principles and Applications of Biological Control. Academic Press. 1999. 45–55. ISBN 978-0-12-257305-7.
  4. "Sherborn, C. D. 1902". Index Animalium.
  5. "Neave, S. A. 1939–1940, updated". Nomenclator Zoologicus.
  6. Opinions and Declarations rendered by the International Commission on Zoological Nomenclature 8: 167–178, also p. 318 in ICZN 1987. Arxivləşdirilib 2010-06-25 at the Wayback Machine Official lists and indexes of names and works in zoology. – pp. 1–366. London. (The International Commission of Zoological Nomenclature).

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne