T-64 | |
---|---|
![]() 2012-ci ilin iyun ayında nümayiş etdirilən T-64 tankı | |
Tipi | əsas döyüş tankı |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1963 - müasir dövr |
İstismara başlanması | 1964 |
İstismar edənlər | İstifadəçilər |
İstifadə edilən döyüşlər | Dnestryanı müharibəsi, Birinci Çeçen-Rus Müharibəsi, Donbass müharibəsi |
İstehsal tarixçəsi | |
Konstruktor | Kharkiv Mozorov Dizayn Bürosu |
Konstruksiya tarixi | 1951-1962 |
İstehsalçı | Malişev Zavodu |
İstehsal illəri | 1963-1987 |
İstehsal sayı | 13.000 |
Variantları | T-64BM Bulat, BMPV-64, BREM-64 |
Xüsusiyyətləri | |
Ağırlığı | 38 ton |
Zireh | Şüşə tərkibli plastik+polad 450 mm |
Mühərrik | 5TDF5 (5 silindrli dizel mühərrik. |
Sürət | 45-60 km/saat |
Mühərrik gücü | 700 at gücü (522kW) |
Əsas silah | 125 mm-lik D-81T topu (T-64A modellərində istifadə edilib), 125 mm-lik 2A46 topu (1976-cı ildən buraxılmış T-64B modellərində istifadə edilib). Hər ikisi tüstü bombaları ilə təchiz edilmiş olan yivsiz toplardırlar. |
Köməkçi silah | düşmən piyadaları üçün nəzərdə tutulmuş olan 7.62 mm-lik cütləşdirilmiş NSVT pulemyotu və hava hücumlarından müdafiə üçün nəzərdə tutulmuş olan 12.7 mm-lik PK pulemyotu |
Uzunluğu | 6.54 m |
Eni | 3.60 m |
Hündürlüyü | 2.172 m |
Ekipaj | 3 nəfər (tank komandiri, silahçı, sürücü) |
![]() |
T-64 — 1960-cı illərin başlarında istehsalına başlanılmış SSRİ mənşəli əsas döyüş tankı olub, T-72 tankları ilə paralel dizayn xüsusiyyətlərinə malikdir və SSRİ xaricinə ixrac edilməmişdir. 1985-ci ildə T-72B modeli çıxana qədər bir çox baxımdan T-72 tanklarından üstün olmuşdur. T-80 tankları bu tank modeli əsasında istehsal edilmişdir. Hal-hazırda Rusiyanın ən müasir tankı hesab edilən T-90 tankları isə T-72 tanklarının modeli üzərində istehsal edilmişdir.
Bu tank ikinci nəsil əsas döyüş tanklarının ilki olub, o zamankı, NATO qüvvələrinə məxsus olan əsas döyüş tankları olan M48 Patton, M60 Patton, Centurion, Chieftain, AMX-30 tanklarından həm zireh qorunmasına, həm də atəş gücünə görə onlardan çox güclü idi. Tankın zirehi şüşə tərkibli plastik və poladdan ibarətdir ki, bunun da ümumi qalınlığı 450 mm edir. Gövdə & tank qülləsi - 370 mm-dən 440 mm-ə qədər APFSDS mərmilərindən və 500 mm-dən 575 mm-ə qədər HEAT mərmilərindən qorunma xüsusiyyətlərinə sahibdir. Tankın zirehinə istəyə görə ERA plitələri də əlavə etmək mümkündür.[1]