“Take Me to Church” (azərb. Məni Kilsəyə Apar) - İrlandiya müğənnisi Hozierin2013-cu ildə yayımlanmış “Take Me to Church” adlı mini-albomundan olan sinqldır. Mahnı həm də müğənninin öz adıyla adlandırdığı albomunun ilk trekidi.
2013-cü ilin oktyabr ayında “Irish Singles Chart”a daxil olan sinql ikinci yerə kimi yüksəlmiş və dörd həftə mövqeyini qorumuşdur. 2014-cü ilin may ayında Hozier mahnını “Late Show with David Letterman” verilişində canlı ifa etmişdir.[1]24 iyun2014-cü ildə “Columbia Records” tərəfindən mahnı ABŞ modern rok radiosuna göndərilmişdir.[2] Bundan sonra, 2014-cü ilin noyabrında mahnı “Billboard Hot 100” hit-paradında üçüncü yerə qalxmışdır.[3] 2014-cü ilin noyabrında ABŞ-da mahnı bir milyon nüsxədən çox tirajla satılmışdır.[4] Mahnı, "İlin Ən Yaxşı Mahnısı" nominasiyasında LVII Ənənəvi Qremmi Mükafatlarına namizəd göstərilmişdir.