Tankred Hoytvill - Hoytvill sülaləsinin banisi. Vikinq döyüşçüsü Hialltın nəvəsi idi. Kutans şəhəri yaxınlıqlarında yaşayan bir əyan idi. Normandiya hersoqu I Riçardın qızları ilə evlənmişdi. Övladları:
- Serlo Hoytvill - Hoytvill hakimi
- Beatriks (ö.1101)
- Coffrey Hoytvill - Loritello qrafı (ö.1063)
- Vilyam Hoytvil - Apuliya hersoqu (ö.1046)
- Droqo Hoytvill - Apuliya hersoqu (ö.1051)
- Onfrua Hoytvill - Apuliya hersoqu (ö.1057)
- Robert Hoytvill - Apuliya hersoqu və Siciliya qrafı (ö.1085)
- Mauger Hoytvill - Foqqiya kapitanı (ö. 1064)
- Villerm Hoytvill - Salerno knyazı (ö. 1080)
- Alfred - Hoytvill hakimi
- Hubert - Hoytvill hakimi
- II Tankred - Hoytvill hakimi
- I Rocer - Siciliya qrafı (ö.1101)
- Fressenda - Kapua knyaginyası və Aversa qrafinyası (ö.1078)