Tanos | |
---|---|
ing. Thanos | |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi | "Iron Man" #55 (fevral 1973) |
Yaradıcı(lar) |
Maykl Fredrix Cim Starlin |
Xüsusiyyətlər | |
Əsl adı | Dion[1] |
Cinsiyyəti | kişi[d] |
Boyu | 2 m[2] |
Çəkisi | 450 kq[3] |
Növü | ölümsüz-deviant hibridi |
Komiks bioqrafiyası | |
Üzvlükləri |
Qara Orden Sonsuzluq saatı |
Düşmənləri | Qisasçılar[4], Qalaktika mühafizəçiləri, Qalaktus[4], İks-adamlar[4], Dəmir adam |
Ləqəbləri | Dəli titan |
Gücləri |
Qeyri-insanı güc, sürət, dözümlülük, uzunömürlülük
|
Tanos (ing. Thanos) – Marvel Comics nəşriyyatı tərəfindən 1973-cü ildə yaradılmış komiks personajı. Maykl Fredrix və Cim Starlin tərəfindən yaradılmış və ilk dəfə "Iron Man" komiksinin 55-ci sayında peyda olmuşdur. Məsləhətçinin oğlu, Starfoksun qardaşıdır.
Personaj ilk dəfə "Qisasçılar" filmində Deymon Puate tərəfindən canlandırılmışdır. "Qalaktika Mühafizəçiləri" (2014), "Qisasçılar: Altron dövrü" (2015), "Qisasçılar: Sonsuzluq savaşı" və adsız Qisasçılar sikvelində Coş Brolin tərəfindən canlandırılmışdır. Bunlardan əlavə, Tanos bir çox videooyun və teleserialda görünmüşdür.
Tanos IGN-in "Ən yaxşı 100 komiks supercinayətkarı" siyahısında 47-ci yerdə,[5] Wizard-ın "Ən yaxşı supercinayətkarlar" siyahısında 22-ci yerdə, "Complex" jurnalının "Ən yaxşı 25 komiks supercinayətkarı" siyahısında 21-ci yerdə göstərilmişdir.[6]