Taun (roman)

Taun
fr. La peste[1]
Janr absurdizm
Müəllif Alber Kamyu[2]
Orijinal dili fransız dili[2]
Yazılma ili 1947
Nəşr ili 1947[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Taun (fr. La Peste) — Alber Kamünün 1947-ci ildə yayımlanmış romanı.[3] Kamyu romanda Əlcəzairin Oran şəhərində baş verən taun epidemiyasını müxtəlif sətiraltı ifadələr ilə məna verərək anladıb. Kitabda edilən bənzətmələrin ən vacibi bütün Avropaya, sanki qara taun kimi yayılan faşistlərin Fransanı işğal etməsidir. Fransanın İkinci Dünya müharibəsi əsnasında məruz qaldığı alman işğalı və Fransada işğala qarşı yaranan Müqavimət (Résistance) hərəkəti romanda vəbaya qarşı alınan tədbirlər ilə əlaqələndirilir. Kitabın sonuna qədər dastançının şəxsiyyəti naməlum qalır.

İnsanların həyatla ölüm arasında qaldığı incə xətti taun adını verərək təsvir edən Kamyu dolayı yoldan ateizmi də müdafiə edir.

Romanın başlıca xüsusiyyətlərindən biri də əhvalatın yaşandığı Oran şəhərini oxucuya şəhəri görmüş kimi əks etdirməsidir.

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 German National Library Record #4131560-1 // Ümumi tənzimləmə nəzarəti (GND) (ing.). 2012—2016.
  3. "Alber Kamyu "Taun"". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-18.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne