Taupo | |
---|---|
ing. Taupo Lake | |
![]() | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 368 m |
Eni | 33 km |
Uzunluğu |
|
Sahil uzunluğu | 153 km |
Sahəsi | 616 km² |
Həcmi | 60 km³ |
Dərin yeri | 164 m |
Orta dərinliyi | 91 m |
Şəffaflığı | 21 m |
Yerləşməsi | |
38°49′00″ c. e. 175°55′00″ ş. u.HGYO | |
Ölkə |
![]() |
|
|
![]() |
Taupo (ing. Taupo) — Yeni Zelandiyanın Şimal adasında yerləşən eyni adlı vulkanın kalderasında yerləşən şirinsulu göl. Gölün şimal-şərq sahillərində Taupo şəhəri yerləşir. Göldə yerləşən ən böyük ada Matutaikodur. Göldən ölkənin ən böyük çayı Uaikato başlayır. Gölə ümumilikdə 30 çay tökülür. Ən dərin nöqtəsi gölün mərkəzində yerləşir. Taupo Yeni Zelandiyanın ən böyük gölüdür[1]. Üstəlik həm də Sakit okean və Avstraliya regionunun cənub hissəsinin ən böyük şirinsulu gölüdür.
Səthinin sahəsi 616 km², maksimal dərinliyi 164 m, uzunluğu 44 km, sahil xətdinin uzunluğu 153 km, su hövzəsi 3327 km²[2] təşkil edir.
Göl 27 000 il öncə Taupo vulkanının püskürməsi nəticəsində meydana gəlmişdir. Gölün əsrarəngiz gözəlliyi istər yeni zelandiyalıları istərsə xariciləri özünə cəlb edir. İl ərzində gölü 1,2 milyon insan ziyarət edir. Gölün yaranması Jül Vernin «Kapitan Qrandın uşaqları» (1868) əsərində təsvir edilir.