Teodor Hertsl | |
---|---|
alm. Theodor Herzl | |
Doğum tarixi | 2 may 1860[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 3 iyul 1904[3][1][…] (44 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı |
Dəfn yeri |
|
Milliyyəti | Yəhudi |
İxtisası | Hüquq |
Təhsili | Vyana Universiteti |
Fəaliyyəti | jurnalist, vəkil, yazıçı, siyasətçi, dramaturq, ədəbi tənqidçi |
Tanınır | Müasir siyasi sionizm cərəyanının banisi |
Vikianbarda əlaqəli mediafayllar |
Teodor Hertsl (2 may 1860[1][2][…], Peşt[d], Macarıstan krallığı[d], Avstriya imperiyası[4] – 3 iyul 1904[3][1][…], Rayhenau-an-der-Raks[d][4]) — Avstriya-Macarıstan İmperiyasında anadan olmuş yəhudi jurnalist, dramaturq, siyasi fəal, yazıçı və müasir siyasi sionizm cərəyanının banisi.[5] Hertsl Dünya Sionist Təşkilatını formalaşdırmış və başqa bölgələrdə yaşayan yəhudilərin Fələstinə immiqrasiyası sayəsində burada yəhudi dövlətinin əsasının qoyulması fikrinin əsasını qoymuşdur. Müstəqil dövlət kimi formalaşmasını öz sağlığında görə bilməsə də, İsrail Dövlətinin banisi hesab olunur.
Hertslın adı İsrailin Müstəqillik Bəyannaməsində xüsusilə qeyd olunur və ona "Yəhudi Dövlətinin spiritual banisi" şəklində müraciət olunur.[6] Bütün bunlarla birlikdə o heç də ilk sionist nəzəriyyəçi və ya alim deyildi. Ondan əvvəl də ilkin sionist ideyaların yayılmasında böyük rol oynamış Yehuda Bibas, Zvi Hirş Kalişer və İuda Alkalay kimi ravvinlər var idi.[7][8]
At his brit mila he was given the Hebrew name Binyamin Zeev