Tessa Vertyu | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ing. Tessa Virtue | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
![]() XXIII Qış Olimpiya Oyunları zamanı (20.02.2018) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Tessa Vertyu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
![]() |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | London, Ontario, Kanada | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 165 sm. (5 ft 5 in) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 53 kq | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İdman növü | Fiqurlu konkisürmə | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyera illəri | 1994—2018 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəsmi saytı | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Medallar
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
![]() |
Tessa Vertyu (ing. Tessa Virtue; d. 17 may 1989, London, Ontario, Kanada) — Kanadanı təmsil edən fiqurçu.[1] Tessa Vertyu, Skot Moir ilə birgə 2003-cü ildən 2018-ci ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb.[1] Vertyu və Moir cütlüyü həm Olimpiya Oyunları tarixində, həm də Dünya idmanı tarixində bu idman növü üzrə ən yaxşı idmançılardan hesab olunurlar. Vertyu və Moir cütlüyü, 2010-cu ildə Kanadada baş tutan XXI Qış Olimpiya Oyunlarında qızıl medala, 2014-cü ildə Rusiya Federasiyasının Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında 2 gümüş medala (Komanda və fərdi), 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində baş tutan XXIII Qış Olimpiya Oyunlarında isə 2 qızıl medala (Komanda və fərdi) sahib olub.[1]
Vertyu və Moir cütlüyü həm də Dünya Çempionatlarında ciddi uğurlara imza atıblar. 2009-cu ildə baş tutan Dünya Çempionatının bürünc medalına, 2008, 2011 və 2013-cü illərdə baş tutan çempionatların gümüş medalına, 2010, 2012 və 2017-ci illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub Vertyu və Moir cütlüyü, üç dəfə (2008, 2012 və 2017-ci illərdə) Dörd Qitə Çempionatının qalibi olub, 2 dəfə (2008 və 2012-ci illərdə) gümüş medala, 2 dəfə (2006 və 2007-ci illərdə) isə bürünc medala sahib olub.[1]
Vertyu və Moir cütlüyü həm də ISU Qran-Pri yarışlarında da bir sıra uğurlara imza atıblar. Onlar ISU Qran-Pri Finalının bir dəfə (2006-2007-ci il mövsümündə) qızıl medalına, beş dəfə (2009—2010, 2011—2012, 2012—2013, 2013—2014 və 2017—2018-ci illər mövsümlərində) isə gümüş medalına sahib olub.[1] Gənclər arasında isə Vertyu və Moir cütlüyü, 2005-ci ildə gənclərin ISU Qran-Pri Finalında, 2006-cı ildə isə gənclər arasında Dünya Çempionatında qızıl medal qazanıb.[1]
Vertyu və Moir cütlüyü habelə 8 dəfə (2008, 2009, 2010, 2012, 2013, 2014, 2017 və 2018-ci illərdə) isə Kanada Çempionatının qızıl medalına sahib olub.[1]
Vertyu və Moir cütlüyü, ISU ABŞ və Çin Qran-Priləri istisna olmaqla, digər dörd Qran-Pri mərhələsinin hamısında qalib olmağı bacaran azsaylı idmançılardandır. Vertyu və Moir cütlüyü yeddi dəfə Kanada Qran-Prisinin (2007, 2009, 2011, 2012, 2013, 2016 və 2017-ci illərdə), üç dəfə Fransa Qran-Prisinin (2009, 2011 və 2013-cü illərdə), 2 dəfə Rusiya Qran-Prisinin (2009 və 2011-ci illərdə) və 1 dəfə Kanada Qran-Prisinin (2008-ci il) qalibi olub.[1]
Karyerası ərzində 74 yarışa qatılan Vertyu və Moir cütlüyü, onların 41-də qızıl medal, 19-da gümüş medal, 5-də isə bürünc medal qazanıb.[1]
Vertyu və Moir, 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarının fevralın 9-da olan açılış mərasimində Kanada bayrağını aparıblar.[1]
20 ildən çox birgə mübarizə aparan Vertyu və Moir cütlüyü, bu idman növü üzrə Olimpiya Oyunlarında ən çox qızıl medal və ən çox medal qazanan idmançıdırlar.[1]