Teyt Makrey | |
---|---|
ing. Tate McRae | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 1 iyul 2003[1] (21 yaş) |
Partnyoru | |
Musiqiçi məlumatları | |
Fəaliyyət illəri | 2013-cü ildən |
Albom şirkəti | RCA Records[4] |
tatemcrae.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Teyt Makrey (ing. Tate McRae; 1 iyul 2003[1], Kalqari, Alberta) — Kanada müğənnisi. 13 yaşında olarkən o, ABŞ realiti televiziya şousu-rəqs müsabiqəsi "So You Think You Can Dance"-də finala qədər yüksələn ilk kanadalı iştirakçı kimi tanınma qazanıb. Teyt Makrey Forbes-in 2021-ci ildə tərtib etdiyi "30 Under 30" siyahısında yer alan ən gənc musiqiçi olmuşdur.
Onun 2017-ci ildə çıxardığı "One Day" sinqlı viral hitə çevrilmişdir. 2019-cu ildə o, RCA Records ilə müqavilə bağlayıb. Debüt miksteypi olan "All the Things I Never Said"-i 2020-ci ilin yanvarında təqdim edib. Teytin 2020-ci ildə yayımladığı "You Broke Me First" sinqlı video paylaşma tətbiqi olan TikTok sayəsində dünyanın xeyli sayda ölkəsində hit olmuşdur. Bu mahnı Billboard Hot 100-də 17-ci pillədə qərarlaşmışdır.
Teytin 2021-ci ildə çıxardığı "Too Young to Be Sad" adlı ikinci mini-albomu, Spotify-da qadın sənətçilərin yayımladığı digər mini-albomlar arasında ən populyarı və dinləniləni olmuşdur. Onun 2022-ci ildə təqdim etdiyi debüt studiya albomu "I Used to Think I Could Fly" tənqidçilər tərəfindən müsbət rəylərlə qarşılanmış və eyni zamanda kommersiya baxımından yaxşı nəticə göstərərək ABŞ Billboard 200 hit-paradında 13-cü pilləyə çatmışdır. Teyt Makreyin 2023-cü ildə yayımladığı "Greedy" sinqlı həm Kanadada, həm də ABŞ-də hit-paradlara başçılıq etmişdir. Onun növbəti sinqlı "Exes" Kanada hit-paradlarında ilk onluğa, Billboard Global 200-də isə 23-cü sıraya düşmüşdür. Onun 2023-cü ildə işıq üzü görən ikinci studiya albomu "Think Later" bir çox ölkələrdə ilk beşliyə daxil olub.