The Rolling Stones | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub | rok[1][2][…], blyuz-rok[d][3], psixodelik rok[4][5][…], ritm-n-blyuz[6][7], rok-n-roll[8][9], blüz[10][11][…] |
Fəaliyyət illəri | 1962 - günümüzədək |
Ölkə | Böyük Britaniya Böyük Britaniya |
Şəhər | London |
Leybl | Decca, London, Rolling Stones, Virgin, ABCKO, RonnieWoodİnterscope, Polydor |
Heyət |
Mick Jagger Keith Richards Ronnie Wood Charlie Watts |
Keçmiş üzvlər |
Brian Jones Ian Stewart Bill Wyman Mick Taylor Dick Taylor |
[1] | |
Vikianbarda əlaqəli mediafayllar |
'The Rolling Stones (МФА:[ˈrəʊ.lɪŋ stəʊnz]; ingilis dilindən tərcümədə "yuvarlanan daşlar", məzmun tərcüməsi — «azad səyyahlar» və ya" avaralar"»[12]) — 12 iyul 1962-ci ildə yaranmış və populyarlığına görə The Beatles qrupu ilə ciddi rəqabətdə olan Böyük Britaniya rok-qrupu. Rolling Stones musiqi tarixində ən uğurlu rok-qruplardan sayılır.[13].
Quruluşunun ilk illərində heyətində Brian Johns (gitara, armonica), lan Stewart (piano), Mick Jagger(Mik Caqqer) (vokal, piano), Keith Richards (vokal, gitara), Bill Wyman (bas gitara) və Charlie Watts (bateri) var idi. Wyman - in qrupdan ayrılmasından sonra qrupun tam heyəti Jagger, Richards, Watts və Ronnie Wood - dan ibarət idi. Darryl Jones (bas gitara) və Chuck Leavell davamlı olaraq kömək edirdilər amma qrupun tam üzvləri deyildilər. Qrup 1989 - cu ildə Rock and Roll Hall of Fame-ə daxil oldu. Rolling Stone jurnalı qrubu "Gəlmiş-keçmiş ən yaxşı 100 sənətçi" siyahısında 4-cü yerə qoydu.
The Rolling Stones ilk başda Avropada məşhur idi, daha sonra şöhrətləri 1960 - ların ortasında yaşanan "British Invansion" deyilən ingilis rok musiqi dalğası ilə bərabər Cənubi Amerikaya qədər yayıldı. Ümumilikdə 22 ədəd ( 24 ədəd ABŞ - da) studio albomu yayımladılar. Son albomları, "A Bigger Bang", 2005 - də yayımlanmışdır. 2008 - də Billboard jurnalı qrupu hazırladıqları "Bütün zamanların ən yaxşı sənətçiləri" siyahısında 10 - cu sıraya yerləşdirdi və onları "Billboard Hot 100 Chart" siyahısında ən müvəffəqiyyətli ikinci sənətçi seçdi.