The Sims 4

The Sims 4
Loqonun şəkli
Videooyunun rəsmi örtüyü
Videooyunun rəsmi örtüyü
Hazırlayan ABŞ The Sims Studio (Maxis)
Yayımlayan Ümumdünya Electronic Arts
Seriya The Sims
Buraxılış tarixi Windows:
Şimali Amerika 2 sentyabr 2014[1]
Rusiya 4 sentyabr 2014
Azərbaycan 4 sentyabr 2014[2]
MacOS:
Ümumdünya 17 fevral 2015[3]
Playstation 4, Xbox One:
Ümumdünya 17 noyabr 2017
Lisenziya Özəl təminat
Sonuncu versiya 1.61.15.1020 (4 fevral (2020)
Sonuncu beta-versiya
  • 1.102.190.1030[4]
Janrlar Həyat simulyatoru
Yaş reytinqləri ASC: MMature
CERO: CAges 15 and up
ESRB: TTeens
PEGI: 12Ages 12 and up
Prodüserlər Lindsi Pirson
Qrant Rodiek
Dizaynerlər Con Berdes
Bəstəkarlar İlon Eşkeri
Texniki məlumat
Platformalar Windows, macOS, PlayStation 4, Xbox One
Oyun rejimləri Birnəfərlik oyun
İnterfeysin dili
Daşıyıcılar Disk, rəqəmsal yükləmə
İdarəetmə Klaviatura, siçan, geymped
Səs Stereo
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

The Sims 4 — həyat simulyatoru janrında videooyun. Maxis tərəfindən WindowsMacOS əməliyyat sistemləri üçün hazırlanan, Electronic Arts tərəfindən buraxılan Sims oyun seriyasının dördüncü buraxılışı. Windows əməliyyat sistemi üçün Sims 4 oyununun çıxış tarixi rəsmi olaraq E3 kompüter oyunları sərgisində elan edilmişdir. 2 sentyabr 2014-cü ildə ABŞ-də, 4 sentyabr isə RusiyaAvropada satışa sərbəst buraxıldı.[5] MacOS platforması üçün oyun versiyasının buraxılması 17 fevral 2015-ci ildə[6], PlayStation 4Xbox One oyun konsolları üçün isə 17 noyabr 2017 tarixində baş tutmuşdur.

The Sims 4-də aydın şəkildə ifadə edilmiş hekayə yoxdur, oyun prosesi qeyri-sabit davam edir və müəyyən bir məqsəd yoxdur. Oyunda yaratdığınız hər bir personaj sim adlanır. Oyunda maksimum 8 sim yarada bilər və onları idarə edə bilərsiniz. İnşaat redaktoru istədiyiniz üslubda bina yaratmağa və mebel ilə təchiz etməyə imkan verir. Bundan sonra yaratdığınız simləri, yaratdığınız evdə idarə edə bilərsiniz.

Oyunun yaradılması 2010-cu ildə, Sims seriyasının 3-cüsü olan The Sims 3 oyununa əlavələr edilməklə başlamışdır, lakin The Sims 4 oyununun əsas inkişaf mərhələsi 2012-ci ilə təsadüf edir. The Sims seriyasının dördüncü simulyatorunun əsas inkişaf göstəriciləri simvolların süni intellektinin təkmilləşməsi və onların bir neçə davranışı eyni anda etməsi idi.

The Sims 4 oyunçulardan qarışıq rəylər aldı. Müsbət rəylər arasında simlərin təkmilləşdirilmiş redaktoru, inşaat redaktorunda daha çox mebel və materialların olması, yüksək keyfiyyətli qrafika yer alırdı. Həmçinin The Sims 3-də uzun müddətə açılan yükləmə ekranının problemi də The Sims 4-də həll edilmişdi.

  1. "The Sims 4 вся информация об игре, читы, дата выхода, системные требования, купить игру The Sims 4". ag.ru (rus). 2016-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2020.
  2. "Релизы The Sims 4 в странах СНГ". Giant Bomb (ingilis). 2016-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2020.
  3. "The Sims 4 - IGN". IGN (ingilis). 2016-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2020.
  4. https://www.ea.com/en/games/the-sims/the-sims-4/news/update-10-31-2023.
  5. The Sims 4 выйдет в России 4 сентября 2014 года Arxivləşdirilib 2014-08-21 at Archive.today. EA (10 iyun 2014). İstifadə tarixi: 10 iyun 2014. 21 avqust 2014-cü ildə arxivlənmişdir.
  6. The Sims 4 Preview Arxivləşdirilib 2016-04-02 at Archive.today (ingiliscə). IGN. 2 aprel 2016-cı ildə arxivlənmişdir.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne