The Weeknd | |
---|---|
![]() The Weeknd 2021-ci ildə | |
Ümumi məlumatlar | |
Doğum adı | Abel Makkonen Tesfaye[3] |
Ləqəbləri | The Noise, Kin Kane[1] |
Doğum tarixi | 16 fevral 1990[2] (35 yaş) |
Doğum yeri | |
Partnyorları |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, mahnı yazarı[d], musiqi prodüseri, aktyor, iş adamı, söz yazıçısı[d] |
Fəaliyyət illəri | 2009-cu ildən |
Janrlar | alternativ R&B[d][9], pop musiqisi[9], müasir R&B[d], hip-hop[d], yeni dalğa |
Musiqi alətləri | piano, klavişli alət[d], bas-gitara, gitara, zərb qurğusu[d] |
Albom şirkətləri | Republic Records, XO[d] |
Təhsili | |
![]() |
|
theweeknd.com | |
![]() |
The Weeknd (əsl adı: Eybel Makkonen Tesfaye; 16 fevral 1990[2], Toronto, Ontario, Kanada[4]) — Kanadalı müğənni, mahnı yazarı və prodüser. Müasir populyar musiqinin aparıcı siması kimi qəbul edilir,. O, mahnılarında falsetto səsinin istifadəsi ilə diqqət çəkir.[10] O, dörd "Qremmi" mükafatı, iyirmi Billboard musiqi mükafatı, iyirmi iki "Juno mükafatı", altı "Amerika musiqi" mükafatı, iki "MTV Video" musiqi mükafatı və Latın "Qremmi" mükafatı laureatıdır. Eyni zamanda, "Oskar" və "Praymtaym Emmi" mükafatına namizəd olub.
Torontoda doğulub böyüyən Tesfaye karyerasına 2009-cu ildə YouTube kanalına anonim şəkildə mahnılar yerləşdirərək başlayıb. Bundan iki il sonra XO səsyazma şirkətini təsis edir. Çox keçməmiş "House of Balloons", "Thursday" və "Echoes of Silence" adlı müasir pop və alternativ R&B janrı ilə diqqətçəkən miksteyplər yayımlayır.[11] 2012-ci ildə Republic Records ilə müqavilə bağladıqdan sonra o, "Trilogy" adlı kompilasiya albomu buraxdı. Onun debüt studiya albomu "Kiss Land" 2013-cü ildə işıq üzü görür və Billboard albomlar hit-paradında ikinci pillədə qərarlaşır. Onun "Bozun əlli çaları" filmi üçün yazdığı "Earned it" mahnısı "Qremmi" mükafatı almış və bununla bərabər "Oskar" mükafatına da namizəd olmuşdur.[12]
Tesfayenin 2015-ci ildə buraxdığı əsasən pop üslublu ikinci albomu "Beauty Behind the Madness" kommersiya uğuru və tənqidçilərin müsbət rəyləri ilə qarşılandı. Albom ABŞ-də bir nömrə oldu və "İlin albomu" mükafatına namizədlik qazandı. Çartlara başçılıq edən "Can't Feel My Face" və "The Hills" trekləri isə "Qremmi" alıb.[13] Onun trep janrlı üçüncü studiya albomu olan "Starboy" əvvəlki buraxılışları kimi dinləyicilərin rəğbəti ilə qarşılandı. "Die For You" və albomun adını daşıyan mahnısı ona daha bir "Qremmi" qazandırıb.
He apparently also recorded music under the names The Noise and Kin Kane.