The Atlantic

The Atlantic
Loqonun şəkli
Təsis tarixi 1857
Ölkə
Qərargah
Dil ingilis dili[1]
ISSN 1072-7825, 2151-9463
theatlantic.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

The AtlanticVaşinqtonda yerləşən Amerikan jurnal və çox platformalı nəşriyyat. Jurnalda siyasət, xarici işlər, biznes və iqtisadiyyat, mədəniyyət və incəsənət, texnologiya və elmlə bağlı məqalələr yer alır.

1857-ci ildə Bostonda məşhur yazıçıların təhsil, köləliyin ləğvi və o dövrün digər əsas siyasi problemləri haqqında şərhlərini dərc edən ədəbi və mədəniyyət jurnalı olaraq "The Atlantic Monthly" adıyla yaradılmışdır. Onun qurucuları arasında Frensis Andervud[2][3] və məşhur yazıçılar Ralf Uold Emerson, Oliver Holms, Henri Lonqfello, Harriet Biçer-StouCon Qrinlif Vitter var idi.[4][5] Ceyms Rassel Louel jurnalın ilk redaktoru olmuşdur.[6] XIX və XX əsrlərdə jurnal illik The Atlantic Monthly Almanaxını da nəşr edirdi.[7] Jurnal 1999-cu ildə iş adamı David Bredli tərəfindən satın alınıb və o, onu ilk növbədə ciddi milli oxucular və "fikir liderləri" üçün nəzərdə tutulmuş ümumi redaksiya jurnalına çevirdi. 2017-ci ildə jurnalın böyük hissəsi Stiv Cobsun həyat yoldaşı Loren Pauel Cobsun təsisçisi olduğu Emerson Collective təşkilatına satıldı.[8][9][10]

Jurnal 2001-ci ilə qədər ayda bir dəfə nəşr olunurdu və ildə 11 nömrə çıxırdı. 2003-cü ildən bəri ildə 10 nəşr çıxmağa başladı. 2004-cü ilin yanvar/fevral sayı ilə "Aylıq" ("Monthly") sözü üz qabığından çıxarıldı və 2007-ci ildə rəsmi olaraq adını dəyişdi.[11] 2024-cü ildə 2025-ci ildə aylıq nəşrləri dərc etməyə davam edəcəyi açıqlanıb.[12][13]

2016-cı ildə Amerika Jurnal Redaktorları Cəmiyyəti tərəfindən "İlin Jurnalı" seçilib.[14] 2022-ci ildə jurnalın yazıçıları Bədii Yazıya görə Pulitzer Mükafatını, jurnal isə 2022, 2023 və 2024-cü illərdə Amerika Jurnal Redaktorları Cəmiyyəti tərəfindən ümumi mükəmməlliyə görə mükafatı qazanmışdır. 2024-cü ildə jurnalın bir ildə 20 milyon dollar itirdikdən və işçilərinin 17%-ni ixtisar etdikdən sonra üç il sonra bir milyon abunəçi[12] sayına çataraq mənfəətə keçdiyi bildirilmişdir.

2024-cü ildən jurnalın icraçı redaktoru Adrienne LaFrans, baş redaktoru Cefri Qoldberq, baş direktoru isə Nikolas Tompsondur.

  1. 1 2 3 The ISSN portal (ing.). Paris: ISSN International Centre, 2005. ISSN 1072-7825
  2. Chevalier, Tracy. The Atlantic Monthly American magazine, 1857 // Encyclopaedia of the Essay. 2012. The Atlantic Monthly was founded in Boston in 1857 by Francis Underwood (an assistant to the publisher...
  3. Sedgwick, Ellery. A History of the Atlantic Monthly, 1857–1909: Yankee Humanism at High Tide and Ebb (Reprint). Amherst, Mass.: University of Massachusetts Press. 2009 [1994]. səh. 3. ISBN 9781558497931. OCLC 368048027.
  4. Whittier, John Greenleaf. The Letters of John Greenleaf Whittier. 2. 1975. səh. 318. "... owever, was the founding of the Atlantic Monthly in 1857. Initiated by Francis Underwood and with Lowell as its first editor, the magazine had been sponsored and organized by Lowell, Emerson, Holmes, and Longfellow."
  5. Goodman, Susan. Republic of Words: The Atlantic Monthly and Its Writers. 2011. səh. 90.
  6. The Atlantic | History, Ownership, & Facts // Encyclopedia Britannica. İstifadə tarixi: August 24, 2017.
  7. "The Atlantic Monthly Almanac". University of Pennsylvania libraries. September 24, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 24, 2021.
  8. White, Gillian B. "Emerson Collective Acquires Majority Stake in The Atlantic". The Atlantic. July 28, 2017. December 8, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 28, 2017.
  9. Lee, Edmund. "Laurene Powell Jobs is buying the Atlantic magazine". Recode. July 28, 2017. Archived from the original on April 9, 2019. İstifadə tarixi: September 17, 2018.
  10. "Laurene Powell Jobs - Politico 50 2018". Politico. December 8, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 17, 2018.
  11. Kuczynski, Alex. "Media Talk: This Summer, It's the Atlantic Not-Monthly". The New York Times. May 7, 2001. July 17, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 7, 2010.
  12. 1 2 Stelter, Brian. "The Atlantic is expanding its print magazine as it surpasses 1 million subscribers | CNN Business". CNN (ingilis). 2024-10-11. İstifadə tarixi: 2024-10-11.
  13. "The Atlantic to Grow Newsroom and Return to Monthly Publication in 2025". The Atlantic (Press-reliz). 2024-10-11. İstifadə tarixi: 2024-10-13.
  14. Steigrad, Alexandra. "The American Society of Magazine Editors Crowns The Atlantic Magazine of the Year at Ellies". WWD. February 2, 2016. November 8, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 26, 2017.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne