The Doors | |
---|---|
![]() | |
Qrupun tam heyəti (soldan sağa: Con Densmor, Robbi Kriger, Rey Manzarek və Cim Morrison) | |
Əsas məlumatlar | |
Üslub |
psixodelik rok blyuz-rok eysid-rok ritm-end-blyuz |
Fəaliyyət illəri |
1965—1973 (Biraraya gəlmə: 1978, 1993, 1997, 2000, 2011) |
Ölkə |
![]() |
Şəhər | Los-Anceles |
Dil | ingiliscə |
Leybl |
Elektra Records Rhino Entertainment |
Heyət |
Cim Morrison Rey Manzarek Con Densmor Robbi Kreyger |
www.thedoors.com | |
![]() |
The Doors (azərb. Qapılar) – Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Los-Anceles şəhərində yaradılmış rok qrupu. Qrup fəaliyyət göstərdiyi illər ərzində böyük şöhrət əldə etmişdir. 1965-ci ildə yaradılan qrupun ən parlaq dövrü, qrupun vokalisti Cim Morrisonun ifa etdiyi dövr hesab olunur. Cim Morrison qrupda cəmi 6 il fəaliyyət göstərmişdir. 1971-ci ildə Cim Morrisonun ölməsi ilə birlikdə qrupun şöhrəti zəifləməyə başlamışdır. Sonrakı illərdə hazırlanan musiqi parçaları, əvvəlkilər qədər məşhur olmasa da, qrup Morrisonun ölümündən sonrada fəaliyyət göstərmişdir. 1973-cü ildə qrupun fəaliyyətinə son qoyulmuşdur. The Doors musiqi sözlərində olan dərin məna ilə insanların digər qruplara görə daha çox təsir etmişdir. Break on Through, L.A. Woman, The End, The Crystal Ship və Light My Fire kimi hitlər qısa zaman ərzində bütün dünyada məşhurluq qazanmışdır. Qrupun adının The doors olması, Cim Morrisonun adı ilə bağlıdır. Morrison ilham qapıları adlı kitabı oxuduqdan sonra qrupun adını qapılar qoymuşdur.