1 saylı regional xəstəxananın reabilitasiya şöbəsi. Tümen, 2021
Tibbi reabilitasiya (rehabilitatio, bərpa[1]) — xəstəlik və ya zədə nəticəsində pozulmuş və ya tamamilə itirilən insan orqanizminin normal psixi və fizioloji funksiyalarının (ehtiyaclarının) maksimum mümkün bərpasına və ya kompensasiyasına yönəlmiş tibbi, pedaqoji, psixoloji və digər növ tədbirlər kompleksi. Ehtiyac nümunələri: sağlam olmaq, fiziki fəaliyyət, hərəkət azadlığı, fəaliyyət müstəqilliyi, insanlarla ünsiyyət, lazımi məlumatları əldə etmək, iş və digər fəaliyyətlər vasitəsilə özünü həyata keçirmək[2][3][4].
↑Советский энциклопедический словарь (4-е изд). М.: Советская энциклопедия. Гл. ред. А.М. Прохоров. 1988.