PzKpfw VI Ausf. B “Tiger II” (Pələng II) | |
---|---|
![]() | |
Tipi | Ağır tank |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1944—1945 |
İstismara başlanması | 1944 |
İstismar edənlər | Nasist Almaniyası |
İstifadə edilən döyüşlər | İkinci dünya müharibəsi |
İstehsal tarixçəsi | |
Konstruktor | Henschel & Son / Krupp (tank qülləsi) |
Konstruksiya tarixi | 1943 |
İstehsalçı | Henschel & Son / Krupp (tank qülləsi) |
İstehsal illəri | 1943—1945 |
İstehsal sayı | 492 |
Xüsusiyyətləri | |
Ağırlığı | 68 t |
Sürət | 41.5 km/s |
Əsas silah | 1x 8.8 cm KwK 43 L/71 |
Köməkçi silah | 2x 7.92 mm Maschinengewehr 34 |
Uzunluğu | 7.62 m (10.286 m topla bərabər uzunluğu) |
Eni | 3.75 m |
Hündürlüyü | 3.09 m |
Ekipaj | 5 nəfər (sürücü, yükləyici, tank komandiri, radiorabitəçi, atıcı) |
![]() |
Panzerkampfwagen VI Ausf. B (Pz. Kpfw. VI Ausf. B / Zirehli müharibə vasitəsi VI Ausf. B, ləqəb: Tiger II) — Alman ordusunda II. Dünya müharibəsi dövründə ağır tank sinfində xidmət etmişdir. Sonderkraftfahrzeug 182 (Sd. KFZ. 182).
Əvvəllər amerikalı əsgərlər "King Tiger", İngilislər "Royal Tiger" olaraq xitab edirdilər və Almanlar da "King Tiger" (mənası Kral Tiger, yəni Kral Pələng) sözünün Alman tərcüməsi olan Königstiger (Almanca'daki mənası: Benqal pələngi) adını istifadə etməyə başladılar.
Bu tank ən əhəmiyyətli xüsusiyyəti Tiger I tankının zireh qalınlığı ilə Panther tankının zireh yamacı xüsusiyyətlərinin bir yerdə birləşməsi idi. Tiger II tankının şassisindən Jagdtiger adlı tank qatilinin istehsalında istifadə edilmişdir . Tiger II tanklarının ağırlığı tank qülləsini nəzərə almadan 68.5 tondur, tank qülləsi ilə birlikdə bu çəki 69.8 tona çatırdı. Tankın ön qismindəki zirehin qalınlığı 150 mm-dən 180 mm-ə qədər idi. Tank qülləsində bir ədəd 8.8 sm-lik KwK 43 L/71 topu var idi. Bəzilərində 10.5 sm-lik KwK L/68 topu var idi.
Ağır zirehi və uzun mənzilli topu səbəbindən digər tanklara qarşı çox güclüydü. Xüsusilə qərb cəbhəsində müttəfiq qüvvələrin az qala heç ağır tankı yox idi. Bu tanka qarşı müdafiə savaşıda vermək az qala qeyri-mümkün idi.
Tiger II tankları 2500 metrdən ABŞ istehsalı olan M4 Sherman tanklarını, 1800 metrdən növbəti ABŞ istehsalı olan M26 Pershing tanklarını SSRİ istehsalı olan IS-2 tankını, 1200 metrdən isə bütün düşmən tanklarını məhv etməyə qadir idi. Bu tankdan Nasist Almaniyası propaqanda məqsədilə çox geniş şəkildə istifadə etmişdir.
Bu tankın ən böyük problemi mexaniki qüsurları idi. Tanka cəbhədə təcili ehtiyac olduğundan kifayət qədər sınanmamış və problemləri həll edilməmişdir. Çox ağır olması səbəbi ilə bəzən tankı hərəkət etdirmək üçün tam qaz verilməsi lazım idi. Müharibənin sonununa doğru Nasist Almaniyasındakı xammal çətinliyi səbəbi ilə zirehinin polad keyfiyyəti aşağı idi, bu da zərbəyə qarşı dayanıqlığını azaldırdı (ruslar tərəfindən testlərdə, ard-arda zərbə alan zirehdə çatlar meydana gəlmişdir). Bütün bunlara baxmayaraq Tiger II, İkinci dünya müharibəsinin ən güclü tanklarındandır. O qədər güclü idi ki, təcrübəli bir ekipajla ilə 10 ədəd Amerika istehsalı M4A1 Shermanı məhv etdiyi qeydiyyata alınmışdır.