Titus Tatius

"Sabin Qadınlarının Müdaxiləsi", MüəllifçJacques-Louis David, Titus Tatius solda təsvir edilmişdir.

Qədim Roman miflərinə görə, Titus Tatius "Kures"dən olan Sabinlərin kralı və bir neçə il Romada ortaq hakimiyyətdə olmuşdur.[1]

Romanın ilk kralı Romulun hökmdarlıq dövründə, Tatius, baş verən Sabin qadınına qarşı olan zorakılığa cavab olaraq Romaya müharibə elan etdi. O, Tarpea xəyanəti vasitəsilə Kapitolin (Capitoline) təpəliyinin ən hündür nöqtəsində yerləşən qalanı aldıqdan sonra, Sabinlər və Romalılar arasında ağır müharibə yarandı. Ancaq bu müharibə qaçırılmış Sabin qadınının müdaxilə etməsi və hər iki tərəfi razılığa, müharibəni sonlandırmağa çağırması ilə bitdi. Müharibədən sonra, iki krallıq birləşdi və krallar beş il, Tatius öldürülənə qədər ölkəni birlikdə idarə etdilər. Birləşdirilmiş krallıq hələ də Roma, şəhərin vətəndaşları isə Romalılar adlanırdı, amma icma olaraq Sabinlər "Quirites" adlanırdılar. Sabinlər zaman keçdikcə başqa qonşu tayfalara inteqrasiya etdilər. Tatius ən-ənəvi "Romanın 7 Kralı"ndan biri olaraq görülmədi. 

Tatiusun bir qızı və bir oğlu var idi. Qızı, Tatia Numa Pompilius (Romulun varisi) ilə evləndi. Oğlu isə alicənab Tatii ailəsinin əcdadlarından sayılır.

  1. "Titus Tatius | king of Sabines". Encyclopedia Britannica (ingilis). 2018-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-29.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne