Bu məqaləni vikiləşdirmək lazımdır. |
Tom Reqan | |
---|---|
ing. Tom Regan | |
Doğum tarixi | 28 noyabr 1938[2] |
Doğum yeri | |
Vəfat tarixi | 17 fevral 2017[3][2] (78 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı |
Elm sahələri | fəlsəfə[1], etika[1], Heyvan haqları[1] |
İş yeri | |
Təhsili |
|
regan.animalsvoice.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Tom Reqan (ing. Tom Regan; 28 noyabr 1938[2], Pitsburq, Pensilvaniya[4] – 17 fevral 2017[3][2], Roli[3]) heyvan hüquqları nəzəriyyəsi ilə məşğul olan bir Amerika filosofu idi. 1967-ci ildən 2001-ci ildə təqaüdə çıxana qədər müəllimlik etdiyi Şimali Karolina Dövlət Universitetində fəlsəfə doktoru idi.[5]
Reqan, müasir heyvan hüquqları hərəkatına əhəmiyyətli dərəcədə təsir etmiş bir neçə araşdırmalardan biri olan Heyvan hüquqları fəlsəfəsi mövzusunda çox sayda kitabın, o cümlədən Heyvan hüquqları(The case of Animal Rights) (1983) kitabının müəllifidir. Bunlarda o, insan olmayan heyvanların insanlar kimi "həyatın subyektləri" adlandırılan şey olduğunu və əgər rasional varlıq olmaq qabiliyyətindən asılı olmayaraq bütün insanlara dəyər vermək istəyiriksə, ardıcıl olaraq, bunu qeyri-insanlar üçün də eyni şəkildə tərif etməliyik.[6]
1985-ci ildən həyat yoldaşı Nensi ilə birlikdə "Heyvanlara müsbət bir qayğı ilə birləşdirilmiş intellektual və bədii səylərin böyüməsini dəstəkləməyi öhdəsinə götürən" qeyri-kommersiya təşkilatı olan Mədəniyyət və Heyvanlar Fondunun həmtəsisçisi və həmsədri kimi xidmət etmişdir.[7] Veqan Cəmiyyəti onu "cəsur bir vegeterian və aktivist" olaraq xatırlayır.[8]