Tomsk Politexnik Universiteti | |
---|---|
Əsası qoyulub | 1896 |
Tip | dövlət universiteti |
Tələbə sayı | 20.854 |
Ölkə | |
Ünvan | Rusiya, Tomsk şəhəri |
Sayt | tpu.ru |
Vikianbarda əlaqəli mediafayllar |
Tomsk Politexnik Universiteti (rus. Национальный исследовательский Томский политехнический университет (ТПУ)) — Rusiyada universitet; Rusiyanın texniki istiqamət üzrə ixtisaslaşan aparıcı ali təhsil ocaqlarından biridir.
Hazırda Tomsk Politexnik Universitetində Təbii resurslar, Energetika, Yüksək texnologiyalar fizikası, Kibernetika, Fiziki-texniki, İctimai-humanitar texnologiyalar, Beynəlxalq təhsil və dil kommunikasiyası, Distant təhsil, əlavə fasiləsiz təhsil adlı tədris institutları yaradılıb.
Universitetin iki filialı fəaliyyət göstərir: Yurginski Texnologiya İnstitutu (4 fakültə, 11 kafedra) və Novokuznetsk filial (2 kafedra). Hazırda ali məktəbdə təqribən 22 600 tələbə təhsil alır.